Zeynal Məmmədli məhkəməni uddu - 5 min təzminat alacaq
Tanınmış fotoqraf Zeynal Məmmədli ilə onu dələduzluqda ittiham edən bloqer Ülkər Ağayevanın məhkəmə işi yekunlaşıb.
Nəsimi Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə məhkəmə iclası keçirilib.
Məhkəmənin qərarı ilə bloqer Ülkər Ağayeva mənəvi zərərə görə Z.Məmmədliyə 5000 manat təzminat ödəyəcək. Eyni zamanda "işlərin təhvil verilməməsi" və "dələduz" adlandırılması ilə bağlı informasiyalar KİV-dən silinməsi və təkzib verilməklə üzr istəməsi Ü.Ağayevanın üzərinə qoyulub.
Qeyd edək ki, Ü.Ağayeva sosial şəkəbə hesabında şikayət edərək fotoqrafla olan vatsap yazışmalarını paylaşmışdı. Ü.Ağayeva iddia etmişdi ki fotoqrafın komandası ondan toy və xına çəkilişi üçün 5 min AZN pul alıb, lakin fotolarını və toy diskini vaxtında təhvil verməyib.
Fotoda Ülkər Ağayeva və həyat yoldaşı Ramal İsayev
Həmçinin oxuyun: Tanınmış fotoqrafı dələduzluqda ittiham etdilər, belə cavab verdi
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2022, 23:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər