Qorunan qadın da öldürülürsə... - Bakıda sığınacaqları kim və necə qoruyur?
Xəbər verdiyimiz kimi, ötən gün “Ümid yeri” sığınacağında 27 yaşlı qadın əri tərəfindən qətlə yetirilib.
1995-ci il təvəllüdlü Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Binə qəsəbə ərazi nümayəndəsi Ərəstun Əlisoy bildirib ki, qadın bir neçə gün öncə azyaşlıları ilə birgə sığınacağa yerləşdirilib.
Əri sığınacağa gedib və qadını elə orada qətlə yetirib. Bu hadisə sığınacağa pənah gətirmiş insanların təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib. Məişət zorakılığına məruz qalmış, sığınacağa ümid yeri kimi baxan qadınların ümidlərinin puç olması arzuolunmazdır.
Belə vəziyyətdə aktual sual yaranır, hüquqlarının qorunması üçün qadınların üz tutduğu sığınacaqlar necə qorunur? Mövzu ilə bağlı Cebhe.info-ya danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, sığınacağa yerləşdirilən adamın ünvanı heç kimə deyilməməlidir:
“Biz sığınacağımızda hər yerə kamera quraşdırmışıq, gecə növbəsində işçimiz var. Əgər sığınacağa yerləşdirənlərdən kimsə həyatı ilə bağlı təlükə olduğunu deyirsə, onunla bağlı gələn heç kimi içəri buraxmırıq. Əgər onun burada olduğunu kimsə yaxınlarına məlumat veribsə, bura gəliblərsə, polis çağırırıq. Bu, yalnız polisin iştirakı ilə həyata keçirilir. Bəzi halda görüş üçün polis idarəsinə istiqamətləndiririk. Yenə də heç kim heç nədən sığortalanmayıb. Bəzi hallarda itkin düşmüş şəxs kimi qeydiyyatda olan adam haqqında biz polisə məlumat verəndə, polis də onun ailəsinə həmin şəxsin hansı sığınacaqda olduğunu bildirir. Bu yolverilməzdir. Bu barədə məlumat verilməməlidir. Təhlükə sovuşmayınca, adamla bağlı risk qiymətləndirməsi olmayınca, sığınacağa yerləşdirilmiş adamın deyilməməlidir. Bizə hətta polis adıyla da zəng vurublar, biz bunu dəqiqləşdiririk. Bu dərəcədə ehtiyatla davranırıq”.
Birliyin sədri hesab edir ki, bununla bağlı tədbirlər planı hazırlanmalıdır:
“Birinci bununla bağlı qanunvericilik dəyişilməlidir. Qadınların təhlükəsizliyi ilə bağlı tədbirlər planı olmalıdır. Bu planda hər qurumun atacağı addımlar müəyyənləşdirilməlidir. Bu qanunlar tam olmayınca, bu cür halların istənilən sığınacaqda baş verməsi ehtimalı böyükdür. Qeyri-hökumət təşkilatlarının maliyyələşməsi də önəmlidir. Xarici ölkələrdə bir sığınacağın dövlət tərəfindən xərci 450 min avrodur”.
Mehriban Zeynalova qadınların inteqrasiyası zamanı da təhlükəsizliklərinin təminantı ilə bağlı problemlə üzləşdiklərini qeyd edib:
“Burada qadınlar qalır, sonra inteqrasiya prosesi gedir. Həmin prosesdə qadının təhlükəsizliyi üçün mühit varmı? İnteqrasiya prosesində hər dəfə kimsə işə gedib-gələndə nə qədər gərginlik keçiririk. Amma özünüməşğulluq proqramı olsa, məişət zorakılığı qurbanları üçün o imkanlar yaransa, kurslar sığınacağın daxilində keçirilsə, müəyyən mənada təhlükəsizlik qorunar. Mən heç kimin əməyini itirmirəm, nə Dövlət Komitəsinin, nə polisin. Məişət zorakılığı ilə bağlı bir polis qurumu yaradılsa, onlardan daha çox şey tələb oluna bilər. Bütün polislər o prosesdə iştirak edə bilməz. Biz dünən Daxili İşlər Nazirliyi ilə də danışdıq. Əlbəttə, onlar biganə deyil. Razılaşdıq ki, ərazimiz üzrə əlavə resurs kimi Çevik Polis Alayının əməkdaşlarının gündüz və gecə növbəsində marşrutu bizim də ərazidən tez-tez keçsin”.
“Azərbaycan Uşaqlar Birliyinin” sədri Kəmalə Ağazadə bildirib ki, mühafizə maliyyə vəsaiti hesabına başa gəlir: “Sığınacaqların maliyyə vəsaiti yoxdur. Əgər Daxili İşlər Nazirliyi bunu edərsə, bununla bir çox uşağın və qadının təhlükəsizliyi təmin olunar”.
“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva da sığınacaqların maliyyə vəsaitinin olmadığını qeyd edib:
“Qadın qorunmaq üçün ora sığınır. Yaxın qohumları, keçmiş, yaxud indiki həyat yoldaşı tərəfindən müəyyən təzyiq və zorakılğa məruz qala bilər. Sığınacaqlar və qadın təşkilatları qadınların müvəqqəti olaraq qorunması, reabilitasiya prosesi keçməsi və bundan sonra işlə təmin olunmasına xidmət edir. Həmin insanlar iqtisadi cəhətdən özlərini təmin edə bilsinlər, müstəqil olsunlar, kimdənsə asılı olmasınlar. Bu müddət ona görə lazımdır ki, təzyiq göstərənin aqresiyası həmin müddətdə sönmüş olsun, yaxud reabilitasiya prosesi keçərək zorakı əməlindən əl çəkə bilsin. Biz xarici ölkələrdə səfərdə olanda bizə sığınacaqların yeri haqqında məlumat vermədilər. Onlar bunu anonimliyin qorunması məqsədilə edir. Onlar insanları polis vasitəsilə sığınacağa yönəldir və həmin adamların özünə də tam, əhatəli məlumat vermirlər. Çünki sığınacaqdakı qadın aqressiv həyat yoldaşı və ya qohumlar tərəfindən hücumlara məruz qala bilər. O hücumlardan qorunmaq üçün sığınacaqda kameralar və polis olur. Bizdə isə niyə belə vəziyyət yaranır? Çünki bizim sığınacaqlar layihələr çərçivəsində, müəyyən ianələr hesabına maliyyələşirlər. Ona görə də sığınacağın yeri, ünvanı məlum olur. Sığınacaq özü ordakı insanları saxlamaqdan ötrü məkanda xırda biznes yaradır, yəni layihə müddəti bitəndə, gəlir olmayanda, buna məcbur olur. Ümid edirəm ki, gələcəkdə sığınacaqlar dövlət tərəfindən maliyyələşəcək. Problem budur, sığınacaqların daimi gəliri olmadığı üçün hesablarını və ünvanlarını açıqlamağa məcburdurlar”.
Zemfira Mustafayeva sığınacaqlarda monitorinqlərin aparılmasına ehtiyacın olduğunu vurğulayıb:
“Bəzən sığınacaqda olan insanların özlərinin də kaprizləri olur. Məsələn, ərinin küçəyə atdığı və təqib etdiyi birinin telefonu sığınacaqda alınarkən etiraz edir, anlamaq istəmirlər ki, onun yerinin bilinməməsi, təhlükəsizliyi üçün lazımdır. Bizdə problemlər çoxdur, onlara mütləq müəyyən yardım, dəstək göstərilməlidir. Çox istəyərdim ki, sığınacaqlarla bağlı monitorinqlər təşkil olunsun, onda bu cür hadisələrin səbəbələri də bilinəcək. Müsbət və mənfi nəticələr üzə çıxacaq”.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan“Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2022, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər