"Qərar verilmişdi, “Slavneft” onun olacaqdı..." - Abramoviç sərvətini necə qazanıb?
“Çelsi” futbol klubunun sahibi rusiyalı oliqarx Roman Abramoviçin sərvətini qeyri-qanuni yollarla ələ keçirdiyi məlum olub.
Bu barədə “BBC” məlumat yayıb.
Bildirilir ki, Roman Abramoviç 1995-ci ildə Rusiya dövlətinə məxsus neft şirkətini şübhəli tenderdə satın aldıqdan sonra milyardlar qazanıb. Abramoviç “Sibneft” neft şirkətini təxminən 250 milyon dollara alıb və 2005-ci ildə onu 13 milyard dollara yenidən dövlətə satıb.
Roman Abramoviç daha əvvəl İngiltərə məhkəməsində “Sibneft”i ala bilmək üçün rüşvət verdiyini etiraf edib. 2012-ci ildə keçmiş biznes ortağı Boris Berezovski Abramoviçi məhkəməyə verib. Abramoviç bu işdə qalib gəlib, lakin “Sibneft” tenderinin saxtalaşdırıldığını, Kreml rəsmisinə ödəmək üçün Berezovskiyə 10 milyon dollar verdiyini söyləyib.
“BBC Panorama” komandasının əldə etdiyi məxfi sənəddə Rusiya dövlətinin “Sibneft” tenderində 2,7 milyard dollar aldadıldığı deyilir.
Bildirilir ki, Abramoviçin Yeltsin tərəfindən qorunduğu idiası 1997-ci ildə Rusiya parlamentinin başlatdığı araşdırmada da dəstəklənib.
“İqtisadi Cinayətlər Departamentinin məlumatına görə, Abramoviç məhkəmə qarşısına çıxarılsaydı, o, mütəşəkkil cinayətkar dəstə yaratmaq və dələduzluq ittihamı ilə üzləşəcəkdi”, - sənəddə deyilir.
“Panorama” komandası 1990-cı illərdə aparılan bu araşdırmanın baş prokuroru Yuri Skuratovu tapıb.
“Əsasən, bu özəlləşdirmə tenderinin iştirakçılarının cinayət təşkilatı yaradaraq dövlətə şirkətin dəyərindən aşağı pul ödəmələri saxtakarlıq idi”, - Skuratov deyib.
Sənəddə qeyd olunur ki, Abramoviç Rusiyanın keçmiş lideri Boris Yeltsin tərəfindən qorunur. Abramoviçlə bağlı istintaq dosyesinin Kremlə göndərildiyi, lakin Skuratovun Rusiya lideri Yeltsin tərəfindən dayandırıldığı qeyd edilir.
Bildirilir ki, Abramoviç 2000-ci ildə Putin hakimiyyətə gəldikdən sonra da Kremlin yaxın çevrəsində olmaqda davam edib.
Sənəddə yazılır ki, Abramoviç “Slavneft”i almaq üçün başqa bir şirkətlə ortaq olub. Amma rəqib Çin şirkəti satınalmaya, demək olar ki, iki dəfə baha qiymət təklif edib.
Sənədə əsasən, Çin nümayəndə heyətinin üzvü tender üçün Moskvaya gələrkən hava limanında qaçırılıb. “CNPC” adlı Çin şirkəti tenderdən geri çəkilməli olub. Geri çəkilmə qərarından sonra qaçırılan şirkət nümayəndəsi sərbəst buraxılıb.
“Dedim ki, baxın, çinlilər gəlib, daha çox pul vermək istəyirlər. Mənə susmağımı və bu işə qarışmamağımı söylədilər. Çoxdan qərar verilmişdi. “Slavneft” Abramoviçin olacaqdı. Qiymətdə razılaşılmışdı və çinlilər sıradan çıxarılacaqdı”, - Rusiyanın keçmiş energetika nazirinin müavini Vladimir Milov deyib.
Qeyd edək ki, ötən həftə İngiltərə hökuməti Abramoviçin Rusiya prezidenti Vladimir Putinlə əlaqələrini əsas gətirərək onun aktivlərini dondurub. Abramoviç “Çelsi” klubunun idarəçiliyindəki səlahiyyətlərindən də məhrum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-03-2022, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər