reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda məntiqsiz karantin qaydaları: - Onları da ləğv etməyin zamanı çatıb

reklam

Azərbaycanda məntiqsiz karantin qaydaları: - Onları da ləğv etməyin zamanı çatıb


Koronavirusun tüğyan etdiyi 2020-ci ildə Azərbaycan hökumətinin mübarizə üsulları dünya tərəfindən təqdirlə qarşılanırdı.

Həyata keçirilən önləyici tədbilər, peyvənd siyasəti birmənalı şəkildə dəstəkləndi, dünyaya örnək təşkil etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və ölkədə zaman-zaman sərt karantin rejimi tətbiq olundu. Bir çox xidmətlər dayandırıldı, açıq və qapalı məkanlarda maska məcburi hal aldı. Karantin qaydalarına əməl etməyənlər inzibati qaydada cərimə sanksiyalarına cəlb olundular.

Tədricən pandemiyanın səngiməsi ilə müəyyən yumşalmalara gedildi. Hazırda demək olar ki, bütün qadağalar ləğv olunub, ancaq quru sərhədləri bağlıdır, peyvənd sertifikatı, qapalı məkanlarda maska məcburiyyəti saxlanılıb. Hökumətin 5 mart 2022-ci il qərarı ilə dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə, sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Eyni zamanda, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti qaldırılıb. Ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət artıq yoxdur.

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti də aradan qaldırılıb.

Bu yumşaldılmalar mövcud vəziyyətlə tam uyğunlaşsa da, hələ də bəzi məhdudiyyətlər qüvvədə qalır.

Baxmayaraq ki, bir sıra ölkələr artıq “COVID pasportu”, “immun sertifikatı”, maska məhdudiyyətini tam ləğv edib, amma Azərbaycanda bu qadağalar hələ də qüvvədədir.

Məsələn, Türkiyədə peyvənd olunmamış şəxslər üçün səyahət, tədbirlər, iş yerləri və məktəblər üçün tələb olunan PCR testi tələbi aradan qaldırılıb. Rusiyada isə qapalı məkanlarda maska tələbi və restoran, teatr, muzeylərə kovid sertifikatı QR kod ləğv edilib.

Monteneqroda da ölkəyə səyahət edənlər üçün “COVID-19 pasportu” tələbi ləğv edilib.

Azərbaycanda isə bu sahədə qəribə, əslində isə məntiqsiz durum yaranıb. Ölkədən Türkiyə və Rusiyaya gedən, “COVID pasportu” olan şəxslərdən PCR testi tələb olunmasa da, geri qayıdan vətəndaşlardan test tələbi qüvvədədir. Restoranlarda say məhdudiyyəti ləğv olunsa da, qapalı məkanlarda maska tələbi qüvvədə qalır. Məsələn, restoranda yüzlərlə şəxs maskasız halda otura bilər, amma marketdə 10-20 nəfər maskasız alış-veriş edə bilməz. Yaxud “COVID -19 pasportu” olmadan marketə girmək olar, amma restoranlara getmək olmaz.

Səhiyyə mütəxəssisləri isə bildirir ki, peyvənd koronavirusa yoluxmanın qarşısını almır, sadəcə ağırlaşmalardan qoruyur. Ekspertlər hesab edirlər ki, Azərbaycan maska və peyvənd məcburiyyətini ləğv etməli, bu məsələlər sadəcə tövsiyə xarakterli olmalıdır. İnzibati cəriməyə hesablanmış bu və bu kimi qərarları qüvvədə saxlamaq doğru deyil. Yalnız yaşlılar, xərçəng, şəkər kimi xəstəlikləri olanlar üçün maska taxmaq məsləhət görülməlidir.

Qeyd edək ki, yoluxma və ölüm halları Azərbaycandan qat-qat yüksək olan Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr artıq maska qadağasını ləğv edib. Azərbaycanda isə giriş üçün “COVID-19 pasportu” tələb olunan məkanlarda da maska qadağası qüvvədədir.

Onu da xatırladaq ki, Azərbaycanda 3 və daha çox peyvənd olunan şəxslərin sayı 2 milyon 945 min 147 nəfərdir. Ümumi istifadə olunan vaksinlərin sayı isə 13 milyon 286 min 364-dür.

Yoluxmanın kəskin azalması fonunda bu say kifayət qədər yüksək rəqəmdir.




Paylaş:


Müəllif : Tarix:
16-03-2022, 12:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər