reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyanın hücumundan sonra Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı AÇIQLANDI

reklam

Rusiyanın hücumundan sonra Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı AÇIQLANDI


“Ukraynada olan vəziyyətlə əlaqədar orada yaşayan şəxslərin təxliyəsi həyata keçirilir. Hazırda 9500-dən artıq şəxs təxliyə edilib”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, onların arasında Ukrayna vətəndaşları da var:

“Hazırda ölkədə 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Onların 2800-ə yaxını son 15 gün ərzində ölkəmizə daxil olanlardır. Bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil qaydada ölkəyə daxil ola biliblər”.

“Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkə müddəti 90 gündür. Həmin şəxslərin həmin müddətdə ölkədə olması leqal sayılır. Bizə hələ ki çoxsaylı sığınacaq müraciəti daxil olmayıb”, - deyə o qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
16-03-2022, 15:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər