Azərbaycan bazarına saxta içkilər və siqaretlər daxil ola bilər – XƏBƏRDARLIQ
Azərbaycana idxal olunan alkoqollu içkilərin və siqarətin akzis dərəcəsinin dəyişdirilməsi spirtli içki və tütün məmulatlarının satışına təsir edə bilər.
Qiymət artımı gözlənilirmi? Bizim.Media-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli belə bir halın qaçılmaz olduğunu deyib:
“Tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində hökümətlərin ən rahat vergi qaldırdığı sahə spirtli içki və tütün məmulatlarıdır. Bu səhələr sosial məsələ dairəsində olmadığına görə, hökümətlər asanlıqla akzis dərəcələrini və digər vergi növlərini artırırlar”.
Ekspert vurğulayır ki, Azərbaycanda üç ildə dördüncü dəfədir ki, həm tütün məmulatlarının, həm də spirtli içkilərin akzis dərəcələri və vergilər artırılır:
“Xaricdən gətirilən hazır tək spirtli içkilərin deyil, həmçinin spirtli içkiləri hazırlamaqdan ötrü istifadə olunan etil spirtinin də akzis dərəcələri artırılıb. Bu da o deməkdir, yerli istehsalın xammalı da xaricdən gəlir və onun da qiymətində artım müşahidə olunacaq. Yenidən 15-20% kolidorunda qiymətlər artacaq”.
Natiq Cəfərli incə və ehtiyat etməli olduğumuz bir nüansa da toxunub:
“Vergilər çox yüksək olduqca, qiymətlər artdıqca spirtli içki bazarında saxta məmulatların qeydiyyatına daha çox təsadüf ediləcək. Bu isə insan sağlamlığına ciddi zərbələr vurur. Biz bu məsələnin fəsadlarını bir çox ölkələrin praktikasında görmüşük”.
Ekspert riskli vəziyyət ilə bağlı statiska da göstərib və “Rusiyada hər il təqribən 20-23 min civarında insan saxta içki məmulatlarından istifadə etdiyi üçün həyatını itirir. Yəni burada qızıl ortanı tapmaq lazımdır.
Mən anlayıram ki, vergi və aksiz dərəcələrin artması sosial məsələ deyil, çox ciddi narazıçılıq olmayacaq. Bu vergilər çox qalxsa və qiymətlər həddindən artıq yüksəlsə, saxtav yollarla, ev şəraitində hazırlanan içkilərin bazara çıxması arta bilər ki, bu da gələcəkdə insan sağlamlığına daha böyük ziyan vura bilər”, - deyə fikrini tamamlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2022, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər