Bürclər- 18 mart
Qoç - Döyüşə can atır, barrikadalarda olmağa çalışırsınız. Belə davranmayın. Darıxdırıcı, rutin işlərlə məşğuliyyət məcburiyyəti yaranır. Yeknəsəq situasiya sizə bilik və bacarıqlarınızı nümayiş etdirməyə, habelə başgicəlləndirən qələbələrə nail olmağa imkan vermir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli, həssas olun.Günün ikinci yarısında fiziki işlərdə fayda var. Bu minvalla gərəksiz enerjidən qurtula bilərsiniz. Yeni işdə və ya istiqamətdə qüvvənizi sınayın.Sevdiyiniz insanla təmaslar əhvalınızı yaxşılaşdıracaq. Təxəyyülünüzdən bəhrələnsəniz, unudulmaz emosiyalar alacaqsınız.
Buğa - Diqqət mərkəzində olmağa çalışmayın. Uğurlarınız barədə çox danışmayın, hisslərinizin etiraflarına varmayın. İşdə hamını qabaqlamağa çalışın. Sövdələşmə və anlaşmaların sərfəli, gəlirli olmasına can atın.Yaşamınızda müsbət dəyişikliklər zamanıdır.Günün ikinci yarısında əhvalınız yaxşı olacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerji çatışmazlığından şikayətlənmirsiniz.Qısamüddətli səfər və ya səyahətlər pis alınmayacaq.
Əkizlər - Əhvalınız sürətlə dəyişəcək. İfrata varmayın, az sonra nə istəyəcəyini bilməyən insana çevrilməyin. Aşkar və ciddi səhvlərə yol verməməyə çalışın. İntuisiyanız sizə yardım edəcək. Xırda, kiçik saydığınız məqamlara xüsusi diqqət yetirin. Peşəkar fəaliyyətlə bağlı öhdəliklərə başdansovdu yanaşmayın. İşdə həmkarlarınızla müqayisədə daha məhsuldar olmağa səy göstərin.Günün ikinci yarısında yaxınlarınızla təmaslar xoş emosiyalar bəxş edəcək. Yeni tanışlıqlar istisna deyil.Axşam saatlarına yaxın əhvalınız yaxşı olacaq. Lakin səhhətinizə fikir verməyi unutmayın.
Xərçəng - Cəsarətli, qətiyyətli olun. Qələbə üçün bütün şanslarınız var. Əzm və iradə ilə irəliləyin, bədxahların yaramaz davranışlarına fikir verməyin. Yeni iş yerində çalışırsınızsa, faydalı tanışlıqlar və məsləhətlərdən yararlanın. Kiminsə rəğbətini qazanmağa can atırsınızsa, özünüzü reklam etməkdən çəkinməyin. Kimsə sizi özünüz təki tərifləyə bilməz. Uğurlar və nailiyyətlərinizdən danışın, işlərinizin bəhrələrini nümayiş etdirin.Günün ikinci yarısında yarımçıq işləri başa vurun.Fiziki işlərin həddini artırmayın. Mikrotravma və zədə riski var. Rahat ayaqqabı seçin. Pəncələriniz yaralanmasın.
Şir - Səbr, əzmkarlıq, zəhmətkeşlik və inad etsəniz, uğura nail olacaqsınız. Məqsədiniz kiçik, mənasız olmasın. İşgüzar duyumunuzu iti edin, başladığınız işləri yarımçıq qoymayın. Peşəkar fəaliyyət müstəvisindəki uğurlarınız daha da çox, məzmunlu ola bilər. Bədxahlarla rəqibləriniz aktivləşir. Bu adamların liderini, təşəbbüskarını müəyyənləşdirin. Çünki həmin şəxs az sonra sizə qarşı yeni pislik etməyə can atacaq.Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi yüksək olacaq. Fiziki işlə məşğulsunuzsa, özünüzü çox yormayın.Axşam saatları aktiv istirahət, ailəvi əyləncə üçün məsləhətlidir.
Qız - Baş verən hadisələrdən asılı olmayaraq soyuqqanlı və təmkinli davranın. Şərtlər xüsusilə ağır, situasiya çətin olarsa, təmkinli insan təsiri bağışlayın. Hətta ən qısa müddətdə emosiyalarınızı nəzarətdən çıxarmayın. Kontrol azacıq zəifləyərsə, hər şey alt-üst ola bilər. Sayğı bəslədiyiniz, hörmət etdiyiniz insanların bəziləri bu gün çox pis hərəkətlər edirlər. Sinirlənsəniz də, emosional olmayın. Belə insanlarla münasibətləri, deyəsən, uzun müddət sərin saxlamalı olacaqsınız.Axşam saatlarında normal istirahəti seçin. Ailə üzvləri ilə birlikdə olmağınız məsləhətdir.
Tərəzi - Hadisələr istəyinizin tam əksinə olaraq sürətlə inkişaf etmir. Bəzi olayları izləmək və təqib etmək imkanlarınız yoxdur. Önəmli olayları diqqətdən qaçırmayın. Bu gün ən kiçik "milçəyi" rəqiblər və bədxahlar filə çevirəcəklər.İşdə rəhbərlik hər addımınızı izləyir. Ruhdan düşməyin. Korporativ qaydalar və əmək müqaviləsinə uyğun olaraq inamla addımlayın. Dress-kodu unutmayın.Günün ikinci yarısında əsəblər tarıma çəkiləcək, gərginlik yaranacaq. Başağrısı, ürək ağrıları istisna deyil. Bundan başqa, xroniki ağrılar kəskinləşə bilər.
Əqrəb - Adətən çətinliklərdən qorxmasanız da, bu gün ehtiyatlı olun. Hamı və hər şey sizə qarşı deyil. Narahat olmayın, yalnız zahirən belədir. Saatlar keçdikdən sonra situasiya dəyişməyə başlayacaq. Sizə yardım edəcək şəxslər var. Onlarla birgə fəaliyyət özünüzə əminliyi bərpa edəcək.Sizə qarşı ünvanlanmış zəhərli şayiə oxları, bədxahlarla düşmənlərin sözlərinə fikir verməyin. Onların işi paxıllıq, yaramazlıqdır. Bu zavallıları yenə pərişan edin.Günün ikinci yarısında rasiona fikir verin. Düzgün qidalanma prinsiplərinə riayət edin. Tamahınıza yenilməyin.Aktiv istirahəti seçin.
Oxatan - Qarışıq durumu sürətlə, dərhal araşdırmağa çalışmayın. Sular bulanıq qaldığı zamanda "iri balıq" tuta bilərsiniz. Müxtəlif hiyləgərliklərin öhdəsindən gələ bilərsiniz. Lakin ifrat tələbat olmadan belə davranmayın. Əks təqdirdə çox pis fəsadlarla üzləşə bilərsiniz.Günün ikinci yarısı şəxsi münasibətlər müstəvisindəki problemlərin həlli üçün əlverişlidir. Çətinliklərə həll tapacaqsınız. Əhvalınız pis olmayacaq. Fiziki iş və ya idmanla məşğul olmaq sizi yormayacaq.Planlaşdırılmamış səfərlər uğurlu alınacaq.Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Xoşagəlməz və darıxdırıcı işləri təxirə salmayın. Aktiv, diqqətli olun. Tənbəllik etməsəniz, işlərin tam əksəriyyətinin öhdəsindən gələcəksiniz. Daxili təbəddülatları dəf edin. Məqsədə doğru sürətli hərəkətə başlayın. Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Əvvəllər bir yerdə çalışdığınız insanların dediklərinə qulaq asın.Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Orqanizmi sınağa çəkməyin. Axşam saatlarında yağlı, "ağır" yeməklər yeməyin.
Dolça - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Hər addımdan əvvəl nə qədər çox düşünsəniz, bir o qədər kənar və əlavə amilləri nəzərə almalı olacaqsınız. İşgüzar fəaliyyət və kommersiya sahəsində yaxşı tanıdığınız insanlarla çalışın.Yeni tanışlıqlara can atmayın. İnsanlar barədə yanlış qərarlar verməyin. İstənilən formada romantik münasibətlərə başlamaq məsləhət deyil. İşdə sayıq, soyuqqanlı olun.Günün ikinci yarısında hisslərinizi etiraf etməyin. Problemlərinizi hətta ən yaxın adamlarla müzakirə etməyin. Sizi yanlış anlaya bilərlər. Rasiona ciddi diqqət yetirin. Qida zəhərlənməsi və allergik reaksiya riskləri artır.
Balıqlar - Çətin, qarışıq, amma maraqlı gündür. İndiyədək izhar edə bilmədiyiniz məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Əsas məsələ odur ki, çaş-baş qalmayın, bacarıq və biliklərinizi göstərməkdən çəkinməyin. Diqqəti nə qədər çox cəlb edə bilsəniz, o qədər yaxşıdır. Yeni, məhsuldar əməkdaşlığa başlamaq olar. İşgüzar maraqların ümumiliyi üzərində qurulan münasibətlərə emosiyaların qarışmasına imkan verməyin.Yaşam potensialının səviyyəsi aşağıdır. Zökəm və soyuqdəymə riski var. Meteohəssaslığınız artır. Səhhətinizə fikir verin.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-03-2022, 00:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər