reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bolqarıstanın keçmiş baş naziri saxlanılıb

reklam

Bolqarıstanın keçmiş baş naziri saxlanılıb
















Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "bTV" kanalı məlumat yayıb.

Onunla birgə keçmiş maliyyə naziri Vladislav Qoranov və bir sıra digər siyasətçilər də Avropa fondlarından sui-istifadə etdiklərinə görə istintaqa cəlb edilib. Xüsusi xidmət orqanlarının nümayəndələri onların evlərində axtarış aparır. Qeyd edilir ki, həbslər davam edir.

Bir gün əvvəl prokurorluq bəyan edib ki, Bolqarıstanda Avropa fondlarından sui-istifadə halları ilə bağlı 120-dən çox məlumat daxil olub. Əsas şikayətlər Avropa fondlarından dövlət sifarişi, kənd təsərrüfatının inkişafına subsidiyalar, koronavirus pandemiyasından sonra tikinti və yenidənqurma işlərinə ayrılan vəsaitlərlə bağlı sui-istifadəsi faktları olub.




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 08:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər