reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya sərhədində qalan azərbaycanlılar: "Hökumət öz millətinə yiyə durmur" - VİDEO

reklam

Rusiya sərhədində qalan azərbaycanlılar: "Hökumət öz millətinə yiyə durmur" - VİDEO

















Rusiyanın müxtəlif vilayətlərindən olan azərbaycanlılar öz ölkələrinə qayıda bilmədiklərindən sərhəddə qalıblar. Onlar Rusiya ilə sərhəddən Azərbaycan keçmək istəyirlər, lakin sərhəd-keçid məntəqələrində onları buraxmırlar.

Bu barədə sərhəddə qalan azərbaycanlılar müraciətləri zamanı məlumat veriblər.

Həmyerlimiz Seyfullayev Elvin Namiq oğlu bildirir ki, Rusiya-Azərbaycan sərhədində təxminən 2500 nəfər azərbaycanlı var:

“Bir nəfər mən deyiləm, bəlkə, 2500 nəfər adam var burda. Biz hazırda Dərbənddəyik. Burda Rusiyanın hər bir regionundan gələn var. Ukraynadan gələnləri buraxırlar, bizi buraxmırlar. Mən 7 gündür buradayam. Elələri var, 10, 15 hətta 20 gündür buradadır. Çöllükdə qalırıq. Camaat gecə qarın altında yatır. Ocaq qalayıb yatır”.

E. Seyfullayevin sözlərinə görə bütün aidiyyəti qurumlara müraciət ediblər:

“Artıq müraciət etmədiyimiz yer yoxdur. Hər yer: səfirlik, Dərbənddəki bütün orqanlar, Azərbaycan XİN, Azərbaycan DİN bu barədə bilir. Bunlardan başqa orqan qalmayıb. Bir nəfər cənab Prezident qalıb. Prezidentin də yəqin, bundan xəbəri olacaq. Bizə heç bir şey demirlər. Axşam saat 12-1 radələri idi, Rusiya tərəfdən sərhədi keçdik. Azərbaycan tərəfi bizim qabağımıza çıxdı, hamımızı gei qaytardı. Deyirlər ki, Azərbaycana giriş üçün icazə yoxdur. Hər yerə zəng olunub. Heç bir xəbər yoxdur. Bu sualın bir cavabı var. Azərbaycan Respublikasının hökuməti öz millətinə yiyə durmur. Bunun başqa cavabı yoxdur”.

O qeyd edib ki, Azərbaycanlıların bəziləri Dərbənddəki sığınacaqda qalır:

“Bəzi azərbaycanlılar Dərbənddəki uşaq sığınacağında qalır. O, Sovet dövründən dağılmış 400 nəfərlik bir binadır. Hazırda həmin sığınacağın içində 1000 nəfər var. 400 nəfərə gətirilən ərzaq 1000 nəfər arasında bölünür. Mən özüm orada qalmıram. Orda necə qalım mən?! Xəstəlikdir, ikincisi də ki, ora buraxmırlar”.

Quru sərhədlərinin açılması və sözügedən problemin həlli ilə bağlı Azərbaycan Nazirlər Kabinetinə müraciət etdik. NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məsələ ilə ilə bağlı Yeniavaz.com-a bildirdi ki, "müraciətlər dəqiqləşdirilir, məlumat veriləcək".




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 12:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər