reklam
Regionxeberlericom.az » Cəmiyyət » Marina Makronun təklifinə cavab verdi

reklam

Marina Makronun təklifinə cavab verdi
















Qalmaqallı hərəkəti ilə dünya gündəmindən düşməyən Rusiyanın “Birinci kanal”ının redaktoru Marina Ovsyannikova Fransa Prezidenti Emmanuel Makronun ona ölkəsində siyasi sığınacaq verilməsi ilə bağlı təklifinə cavab verib.

Qadın bildirib ki, nə o, nə də ailəsi Rusiyadan getmək fikrindədir: “Biz Fransa Prezidentinin sığınacaq haqda təklifini qəbul etməyəcəyik. Mən vətənpərvərəm, oğlum daha çox vətənpərvərdir. Biz dəqiq getmək istəmirik, heç yerə mühacirət etmək istəmirik”.

İndi “Birinci kanal”ın əməkdaşı dostlarının evində gizlənir, onun uşaqları başqa yerdədir: “Mən az-çox qaydasındayam, dostlarımlayam. Hələ davam edəcək böyük stress hiss edirəm. Mənim həyatım həmişəlik dəyişdi, bunu hələ indi dərk etməyə başlayıram. Köhnəsinə artıq qayıda bilməyəcəyəm. Uşaqlar üçün çox narahatam: oğlumun 17, qızımın 11 yaşı var. Mən trankvilizatorlarla (psixotrop dərman maddələri-red.) yaşayıram. Uşaqlarım mənimlə deyil, onlar Moskvada təhlükəsiz yerdədirlər. Biz Rusiyada qalacağıq, burada yaşamağa davam edəcəyik”.

Qeyd edək ki, M. Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb. Onun barəsində iki cinayət işi açılıb: razılaşdırılmamış aksiya təşkil etmə və Rusiya ordusu haqda feyk yayma. Birinci işə görə jurnalist 30 min rubl (303 AZN) məbləğində cərimə edilib, ikinci işə görə isə o, həbs oluna bilər.




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 16:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər