reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanlı həkim məşhur türkiyəli aktyoru əməliyyat etdi - Fotolar

reklam

Azərbaycanlı həkim məşhur türkiyəli aktyoru əməliyyat etdi - Fotolar
















Türkiyəli məşhur aktyor Kubilay Penbeklioğlu COVİD-19 xəstəliyinə yoluxduqdan sonra aldığı artıq çəkidən xilas olmaq üçün mədə botoksu etdirib.

55 yaşlı aktyorun əməliyyatını Türkiyədə yaşayan azərbaycanlı həkim, Tibb üzrə fəlsəfə doktoru, uzman cərrah Amil Hüseynov yerinə yetirib.

Aktyor “Medicana Bahçelievler” Xəstəxanasında baş tutan əməliyyatdan sonra hədəfinin 10 kilo arıqlamaq olduğunu bildirib: 

“İndiyədək bir neçə dəfə pəhriz proqramlarından istifadə etdim, ancaq qalıcı nəticəyə nail olmadım. Yeyib-içmək alışqanlığımı dəyişmək istəyirəm. Bunun üçün də ən uyğunu botoksdur. 6 ay ərazində yeməyimizə diqqət edəndə problem aradan qalxır. Bu əməliyyatı edən Amil Hüseynov mənə çox kömək etdi. Göstərdiyi diqqətə görə həkimimizə təşəkkür edirəm”.

Tanınmış aktyorun əməliyyatını həyata keçirən Amil Hüseynov 15 dəqiqəlik prosesdən sonra Kubilay Penbeklioğlunun ideal çəkiyə çatacağını deyib:

“Cari çəki artımı xüsusilə keçən il ağır yoluxduğu koronavirusdan sağaldıqdan sonra başlayıb. Kubilay bəy bizə peşəsi ilə bağlı arıqlamaq lazım olduğunu söylədi. Pəhriz cəhdləri dəfələrlə uğursuz olub. Ona bildirdik ki, indiki vəziyyətdə ən doğru variant mədəyə botoks tətbiqidir. 15 dəqiqəlik qısa prosedurdan sonra bir neçə saat müşahidə apararaq onun evə buraxılmağını planlaşdırdıq. Kubilay bəy özünü çox yaxşı və rahat hiss etdiyini, heç bir ağrı hiss etmədiyini bildirib. Altı ay ərzində ideal çəkiyə çatacağınızı təxmin edirik”. 

Qeyd edək ki, Türkiyənin Akdeniz Universitetinin Tibb Fakültəsi Xəstəxanasında çalışan azərbaycanlı cərrah Amil Hüseynov, Vətən müharibəsinin ilk günlərindən torpaqlarımız uğrunda vuruşan əsgərlərimizə tibbi xidmət göstərmək üçün Azərbaycana geri dönüb, cəbhə bölgəsində onlarla yaralını xilas etmişdi. “Qafqazinfo”nun Amil Hüseynovla bağlı hazırladığı reportajı buradan izləyə bilərsiniz.




Paylaş:


Müəllif : Tarix:
19-03-2022, 14:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər