Rusiya Ukraynada ilk dəfə "Xəncər"i sınaqdan keçirdi
Rusiyanın Müdafiə Nazirliyi bu gün səhər saatlarında Ukraynanın qərbində yerləşən silah-sursat anbarına hipersəs sürətli “Xəncər” (“Kinjal”) raketi ilə zərbə endirildiyini açıqlayıb. Bu, həmin raketin ilk döyüş tətbiqidir və Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov yeraltı sursat anbarının “məhv edildiyini” bildirib.
“Xəncər” aeroballistik raketinin daşıyıcısı MiQ-31 qırıcısıdır və o silahlanmaya 3 il əvvəl daxil edilmişdi. İndiyədək raketin döyüş tətbiqi haqda məlumat verilməmişdi.
Ukraynanın Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, həqiqətən düşmən Karpatyanı bölgədə, İvano-Frankovskda raket və aviasiya sursatlarının saxlanıldığı yeraltı anbara raket zərbəsi endirib.
“Raketin tipi müəyyən ediləcək. Bizdə dağıntı, anbarın zədələnməsi faktı var. Sursatın detonasiyası baş verib. Zərərçəkənlərin sayı müəyyənləşdirilir”, - o bildirib. Bununla belə Ukrayna komandanlığı zərbənin məhz “Xəncər” raketi ilə endirildiyini təsdiq, yaxud təkzib etməyib.
“Ukrayna təəssüf ki, Rusiyanın raket silahlarının bütün arsenalının sınaqdan keçirilməsi üçün poliqon olub. Onlar iki min kilometr, beş min kilometr uçan raketlər tətbiq edirlər-bunlar həm qanadlı raketlərdir, həm “İsgəndər” operativ-taktiki kompleksləridir, “Kalibr” qanadlı raketləri və digərləridir. O cümlədən X-101, X-55, X-555 raketləri. Rusların lovğalandığı “Xəncər” haqda da danışılıb. Biz raketin əslində nə olduğunu bilmirik, hələlik təsdiq edə bilmərik”, - İqnat deyib.
İvano-Frankovsk vilayətinin Delyatina qəsəbəsinin sakinləri isə raket zərbəsindən sonra vəziyyətin sakit olduğunu deyiblər: “Nə tüstü var, nə yanğın”.
Xatırladaq ki, ötən gün Rusiya strateji bombardmançıları Lvov aeroportu rayonunda yerləşən aviasiya təmiri zavoduna X-55 qanadlı raketləri ilə zərbələr endirmişdilər, nəticədə zavodun binasında dağıntılar baş vermişdi.
Ukrayna Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərazində operativ vəziyyətdə ciddi dəyişiklik baş verməyib və Rusiya ordusu heç bir istiqamətlərdə irəliləyiş əldə edə bilməyib. Onlar tutduqları mövqelərdə möhkəmlənməyə çalışırlar və müdafiəyə keçiblər. Bununla belə yaşayış məntəqələrinə raket-bomba zərbələrinin endirilməsi davam edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2022, 21:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər