Bələdiyyələrdə qadınlara kömək üçün xüsusi otaqlar ayrılsın - TƏKLİF
Bələdiyyələrdə məişət zorakılığından zərər çəkmiş qadınlara ödənişsiz psixoloji və hüquqi yardım göstərilməsi üçün xüsusi şöbə təşkil etmək lazımdır.
Bunu açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib:
“Biz buna görə bələdiyyələrdə otaqların ayrılmasını təklif edirik. Qadınlar öz problemləri, o cümlədən onların ailədə sıxışdırılması halları ilə əlaqədar həmin şöbələrə müraciət edə bilərlər”.
N.Cəfəroğlu qeyd edib ki, bələdiyyə orqanları bu yolla çətinliklərlə üzləşən qadınlara psixoloji, tibbi, hüquqi xarakterli problemlərin həllində kömək edə bilər:
“Yerli icra hakimiyyətlərində qadın məsələləri üzrə şöbələr fəaliyyət göstərir, lakin kənd yerlərindən İcra Hakimiyyətinə az adam gedir. Məhz buna görə də bələdiyyələrdə yardıma ehtiyacı olan qadınlara kömək göstərmək çox vacibdir. Bələdiyyə orqanları həkimləri, psixoloqları, hüquqşünasları, polisləri dəstəyə ehtiyacı olan qadınlarla işə cəlb edə bilərlər. Bələdiyyə vaxtaşırı kömək göstərilməsi üçün ayrılmış kabinetlərə ailədə psixoloji ab-havanın müəyyənləşdirilməsi məqsədilə ər və arvadı da dəvət edə bilər. Vəkil qadına zorakılıq faktları haqqında müvafiq orqanlara ərizə yazmaqda peşəkar yardım göstərə, polis nümayəndəsi isə şikayətləri qəbul edə bilər”.
Hüquq müdafiəçisi bələdiyyə orqanlarında işləyən qadın əməkdaşlarının sayının artırılmasını zəruri hesab edir:
“Həmin şöbələrə müraciət edən qadınlar kişilərdən daha çox qadın əməkdaşlara etimad göstərəcəklər. Qadının əri tərəfindən şiddət görməsi barədə öz həmcinsinə danışması daha asan olacaq. Belə olan halda qanun da daha səmərəli olar və məişət zorakılığından əziyyət çəkənlər hər şeyi gizlətməyə məcbur qalmazdılar”.
N.Cəfəroğlu qadın və uşaqların problemləri haqqında bəhs edən verilişlərin televiziya ekranlarına çıxmasının əhəmiyyətini də vurğulayıb:
“Kənd yerlərində az sayda qadın “Məişət zorakılığının aradan qaldırılması haqqında” qanunun mövcudluğu haqqında bilir. Ona görə də yerli telekanalların proqramlarına xüsusi verilişləri daxil etmək lazımdı ki, tamaşaçılar məişət zorakılığı ilə üzləşərkən yardım üçün hansı təşkilata, struktura müraciət etməli olduqlarını həmin verilişlər vasitəsilə öyrənə bilsinlər. Azərbaycanda bu problemlərin həlli ilə məşğul olan çox sayda qadın təşkilatı fəaliyyət göstərir, tamaşaçılara onların siyahısını təqdim etmək lazımdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də sözügedən məsələni Oxu.Az-a şərh edib.
Deputatın sözlərinə görə, hazırda Azərbacanda qüvvədə olan “Bələdiyyələr haqqında” qanunda belə maddə nəzərdə tutulmayıb:
“Ola bilsin ki, gələcəkdə bu cür xidmətlər həm bələdiyyə orqanlarında, həm də yerli hakimiyyət orqanlarında göstərilsin, lakin hazırda bu barədə danışmaq hələ tezdir”.(oxu.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-07-2019, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-07-2019, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09