Mariupolda 400-ə yaxın insanın gizləndiyi məktəb bombalanıb
Rus ordusu Mariupolda 400-ə yaxın vətəndaşın gizləndiyi incəsənət məktəbinə bomba atıb.
Bu barədə Mariupol Şəhər Şurası öz “Telegram” kanalında məlumat yayıb .
"İşğalçılar Mariupol sakinlərinin rus bombalarından gizləndikləri yeri yenidən atəşə tutublar. Dünən rus işğalçıları Mariupolun Sol Sahil rayonundakı 400-ə yaxın mariupol sakininin - qadınların, uşaqların və digərlərinin gizləndiyi 12 saylı incəsənət məktəbinə bombalar atıblar. Binanın dağıldığı, dağıntılar altında hələ də dinc insanların olduğu məlum olub. Qurbanların sayı barədə məlumat dəqiqləşdirilir”, - məlumatda deyilir.
Qeyd edək ki, martın 16-da Rusiya təyyarəsi Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına da bomba atmışdı. Bomba sığınacağına giriş dağıntıların altında qalıb və atəş davam etdiyi üçün qurbanlar barədə məlumat əldə etmək mümkün olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2022, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər