reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

reklam

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ















Fövqəladə Hallar Nazirliyi (FHN) qarlı və dumanlı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

FHN-dən daxil olan xəbərdarlıqda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır".




Paylaş:


Müəllif : Tarix:
20-03-2022, 17:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər