Yaz fəsli Azərbaycana daxil olub
Bu gün saat 19:33-də yaz fəsli Azərbaycana daxil olub.
AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu zaman gecə ilə gündüz bərabərləşib.
Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayıb.
Qeyd edək ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də yay fəsli yazı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olacaq. Həmin gün ən uzun gündüz və ən qısa gecə qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2022, 19:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər