Putinin hazırkı vəziyyəti Qərbi niyə ciddi narahat edir?
Putinin Ukraynada çətin vəziyyətə düşməsi, ordusunun effektiv hərəkət edə bilməməsi Qərbdə bəzi narahatlıqlara səbəb olub.
Uzun illərdir Qərb ölkələrinin kəşfiyyat orqanları Putinin planlarını anlamaq üçün onun addımlarını izləyiblər. İndi isə bu hal daha da çətinləşib. Belə ki, Rusiya qüvvələri Ukraynada ilişib qaldığı üçün, Putinin necə reaksiya verəcəyini bilmək olduqca vacib hala çevrilib.
Rusiya liderinin xəstə olması ilə bağlı fərziyyələr var idi. Bununla belə, bir çox ekspertlər Putinin kifayət qədər təcrid olunmuş vəziyyətdə olduğunu və ətrafda alternativ fikirlər səsləndirəcək heç kimin olmadığını söyləyirlər. Onun uzun stollarda tək oturduğu fotoşəkillər də həmin ideyanı gücləndirir.
Qərb kəşfiyyatının rəsmi nümayəndələrindən biri deyir ki, Putinin işğal planının KQB agenti tərəfindən hazırlandığı açıq görünür. Ancaq nəticə tam xaos oldu. Rus komandirləri əməliyyata tam hazır deyildilər və bəzi əsgərlər sərhədi niyə keçdiklərini belə bilmirdilər.
Bu cür vəziyyətdə Putinin növbəti addımının nə olacağı hamı üçün vacib hala çevrilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyadakı əməliyyatlarına rəhbərlik edən Con Sifer deyir ki, Kremlin növbəti addımını başa düşməkdə çətinliyə səbəb olan əsas məqam Putinin tək halda qərar qəbul etməsidir.
Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Con Savers də oxşar fikri səsləndirərək, "Putinin ən yaxın adamlarının belə planları bilmədiyi zaman onun nə düşündüyünü proqnozlaşdırmaq qəlizləşir"-deyə bildirib.
Psixologiya professoru Adrian Furnham isə hesab edir ki, Putin öz təbliğatının qurbanı olub və fikir aldığı insanlar çox məhdud olduğundan dünyaya baxışı qəribələşib.
Digər kəşfiyyat mənsublarının sözlərinə görə, Putinin yaxın çevrəsində heç vaxt çox adam olmayıb. Ukraynaya hücuma gəlincə, bu dairə daha da azaldılıb. Bu çevrədəkilər Putinə tam inanan, ambisiya və məqsədlərini şübhə altına almayan insanlardır.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Putinin psixi sağlamlığını qiymətləndirərkən onu, “illərdir kin və ehtirasla yanan şəxs” adlandırıb.
Burns izah edir ki, Putinin fikirləri illər ərzində sərtləşib və alternativ baxışlara bağlanıb.
Putinlə görüşən dünya liderləri də onun qəribə təəssürat bağışladığını etiraf ediblər. Belə ki, 2014-cü ildə Angela Merkel ABŞ-ın o vaxtkı prezidenti Barak Obamaya Putin haqqında “o, sanki, başqa bir dünyada yaşayır”- demişdi
Fransa lideri Makron da Putinlə son görüşündə Rusiya liderini əvvəlki danışıqlardan daha sərt və təcrid olunmuş vəziyyətdə gördüyünü söyləyib.
Bir çox ekspert bir müddətdir ki, Putinin taktiki nüvə silahından istifadə edə biləcəyini deyir. Onun hər an “düyməni basın” deyə biləcəyi vurğulanır.
Məşhur psixoloqlar hesab edir ki, Rusiya lideri düşmənlərini geri çəkilməyə məcbur etmək üçün hər şeyə, o cümlədən nüvə silahından istifadə etməyə qədər gedə bilər: “Putin “zəiflik” və “xəta” sözlərinə nifrət edir. Hazırkı Putin isə daha təhlükəli Putindir. Bəzən ayını qəfəsdən çıxarıb yenidən meşəyə buraxmaq daha yaxşı nəticələr verər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-03-2022, 13:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər