reklam
Regionxeberlericom.az » Cəmiyyət » Külək Qala divarlarındakı Gəncə gerbini sındırdı - Foto

reklam

Külək Qala divarlarındakı Gəncə gerbini sındırdı - Foto
















Gəncə şəhərində güclü külək Qala divarları kompleksi üzərindəki gerbi sındırıb.

Güclü külək nəticəsində Qala divarının üstündə quraşdırılan Gəncə gerbi aşaraq sallanmış vəziyyətdə qalıb.

Sakinlər gerbin sınmış halının fotosunu redaksiyamıza göndərib və əlavə ediblər ki, dörd gün öncə baş verən bu hadisədən sonra müvafiq qurumlar gerbi hələ də təmir etməyib.

Gəncə Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gündür Gəncədə müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb: "Güclü külək Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbini də aşırıb. Sözügedən hadisə 4 gün əvvəl yox, martın 20-si baş verib. Güclü külək səbəbilə çalışanların təhlükəsizliyi baxımından həmin gün gerbi yerinə bərpa etmək mümkün olmayıb. Ötən gündən Gəncə şəhərində hava şəraiti sabitləşib. Artıq bu gündən gerbin bərpasına başlanılıb".





Paylaş:


Müəllif : Tarix:
22-03-2022, 11:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər