reklam
Regionxeberlericom.az » Cəmiyyət » ABŞ-dan Rusiyanın nüvə xəbərdarlığı ilə bağlı açıqlama

reklam

ABŞ-dan Rusiyanın nüvə xəbərdarlığı ilə bağlı açıqlama
















Pentaqon (ABŞ Müdafiə Nazirliyi Kremlin sözçüsü Dimitri Peskovun Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Moskvanın nüvə açıqlamalarının “təhlükəli” olduğunu bildirib.

O, jurnalistlərə açıqlamasında nüvə gücünə sahib Kremlin daha məsuliyyətli davranmalı olduğunu deyib.

Kirbi əlavə edib ki, Pentaqon rəsmiləri hələ ki, ABŞ-ın strateji çəkindirici mövqeyini dəyişməli olduğu qənaətində deyilllər. Onlar buna əsas olacaq hər hansı səbəb görmürlər.

Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov “CNN İnternational”a bildirib ki, əgər Rusiya “ekzistensial təhlükə” ilə üzləşərsə, nüvə silahlarından istifadə edilə bilər.




Paylaş:


Müəllif : Tarix:
23-03-2022, 13:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər