reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Mənzilimin qapısına kəsilmiş donuz başı atılıb” – Baş redaktoru hədələyirlər

reklam

“Mənzilimin qapısına kəsilmiş donuz başı atılıb” – Baş redaktoru hədələyirlər








Rusiyada hakimiyyətin qapatdığı “Exo Moskvı” radiostansiyasının baş redaktorunun mənzilinin qapısına kəsilmiş donuz başı atılıb. 

Əslən yəhudi olan Aleksey Venediktov mənzilinin kandarına atılmış donuz başının fotosunu “Telegram”da yerləşdirib və yazıb: “Bu, faşizmi məğlub etmiş ölkəmdə baş verir. Niyə mənzilimin qapısına altıguşəli David ulduzu çəkilməyib?”

Naməlum vandallar mənzilin qapısına Ukrayna tridentinin üstünə qırmızı hərflərlə “Judensau” (yəhudi donuzu) sözlərinə yazılmış stiker yapışdırıb, donuzun başını isə qıvrım ağ saçlı parikin içində qoyublar. Görünür, bununla Venediktovun saç düzümünə işarə ediblər.

Xatırladaq ki, Rusiyanın aparıcı media orqanlarından olan “Exo Moskvı”nın efiri martın 1-də kəsilib. Baş Prokurorluq “Exo Moskvı”nın “ekstremist fəaliyyətə, zorakılığa çağırış, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı haqda məqsədli saxta informasiya” yaydığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
25-03-2022, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər