reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyada ölüm hökmü bərpa oluna bilər

reklam

Rusiyada ölüm hökmü bərpa oluna bilər

















“Rusiyada ölüm hökmünün geri qaytarılması ilə bağlı indi heç bir məhdudiyyət yoxdur, lakin hər şey mövcud vəziyyətdən asılı olacaq - hər şey normal olarsa, moratorium (lat. moratorius — ləngitmə, təxirəsalma) qala bilər və ya lazım gələrsə, ona yenidən baxıla bilər”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “RİA Novosti”yə müsahibəsi zamanı deyib.

“İndi bu mənada heç bir məhdudiyyət yoxdur, lakin bu, təkcə hüquqi deyil, həm də mənəvi komponentə aid olan çox mürəkkəb məsələdir, çünki hətta müxtəlif dinlərin əsas, kanonik mənbələri də bu suala çox fərqli cavab verirlər. Bu, müəyyən bir ölkədə ölüm hökmü mövzusunu müzakirə edərkən diqqət yetirilən ilk şeydir”, - o bildirib.

İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev isə bildirib ki, ölkədə ölüm hökmünün qaytarılması məsələsi hərbi cinayətlərin araşdırılması zamanı yarana bilər.




Paylaş:


Müəllif : Tarix:
25-03-2022, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər