Yaponiyanın iri bankları “Sberbank” ilə dollar əməliyyatlarını dayandırıb
Yaponiyanın ən iri bankları – “Mitsubishi UFJ”, “Sumitomo Mitsui” və “Mizuho” bu gündən etibarən Rusiya “Sberbank”ı ilə dollar əməliyyatları aparmır.
“Report”un “Kyodo”ya istinadən verdiyi xəbərə görə, buna ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəb olub.
Buna qədər Yaponiya maliyyə institutları tərəfindən dollarla maliyyə əməliyyatları ABŞ-ın müxbir bankları vasitəsilə həyata keçirilirdi. Yaponiyanın digər banklarının da oxşar qərarlar verəcəyi gözlənilir.
ABŞ “Sberbank”ı CAPTA (The Correspondent Account of Payable-Through Account Sanctions List) siyahısına daxil edib. Nəticə etibarilə Amerika banklarına martın 26-dan onun müxbir hesablarını bloklamaq əmri verilib. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi icazəsi olmadan ABŞ-ın maliyyə institutları “Sberbank” və onun törəmə şirkətlərinin müxbir hesablarını aça və onlara xidmət göstərə, habelə onların iştirakı ilə əməliyyatları qəbul edə bilməyəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2022, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB