reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rus qoşunları FƏRRUX KƏNDİNƏ GİRDİ - BU NƏDİ BELƏ?

reklam

Rus qoşunları FƏRRUX KƏNDİNƏ GİRDİ - BU NƏDİ BELƏ?
















"Dağlıq Qarabağın Fərux kəndi Rusiya sülhməramlı kontingentinin nəzarətindədir".

Rusiyanın Ermənistanda dərc olunan dövlət saytı sayılan "Sputnik-Armenia"nın verdiyi məlumata görə, bu, dünən gecə saatlarında Rusiyanın Qarabağdakı hərbi kontingentinin "Peacekeeper" (“Sülhməramlı”) teleqram-kanalında yayılmış məlumatdandır. Məlumata Rusiya hərbi kontingentinin mövqelərindən yeni sayılan və üzərlərində "sülhməramlı"ların rəmzi, eləcə də 28 mart 2022-ci il tarixi qeyd edilən fotolar da əlavə edilib.

Xəbərdə guya martın 24-də Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndi ərazisində "tərəflərin təmas xəttini keçərək, üçtərəfli razılaşmanın 1-ci bəndini pozması" və s. haqda hədyan və böhtanlar bir daha təkrarlanıb.

"Rusiya sülhməramlı kontingentinin komandanlığının Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısını almaq üçün ehtiyat qüvvələrin irəli çəkilmədi barədə qərar qəbul edib"- daha sonra məlumatda belə deyilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi martın 27-də Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarının Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlik olması və Fərrux kəndi ətrafındakı real durum haqda bəyanat yayıb.

Aydınlıq üçün həmin bəyanatı bir daha nəzərinizə çatdırırıq:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyil.

Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir". //Moderator.az//





Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 08:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər