Sərdar Cəlaloğlu Araz Əlizadəni Vətənə xəyanətdə suçladı - QALMAQAL
“Azərbaycan vətəndaşı olan Araz Əlizadənin Ukraynanın azadlıq savaşında Rusiyanı müdafiə etməsi Vətənə xəyanətdən başqa bir şey deyil”. Dia.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda bir sıra partiya rəhbərlərinin, xüsusən də ASDP sədri Araz Əlizadənin Ukrayna-Rusiya savaşında açıq şəkildə ikinciyə dəstək verməsinə münasibət bildirərkən deyib:
“İstənilən məsələdə iki bir-birinə əks tərəflərin olması zəruridir. Bu bir qanunauyğunluqdur. Ukrayna hadisələrilə bağlı olaraq Azərbaycanda da azadlıqsevərlərlə, köləliksevərlər, imperiyapərəstlərlə müstəqillik tərəfdarları bir-birinə əks cəbhə tuturlar. Ona görə də bu və ya başqa şəkildə Rusiya tərəfindən dəstəklənən, maliyyələşən və Azərbaycanın müstəqilliyində maraqlı olmayan qüvvələr də Moskvanı müdafiə edirlər”.
Həmsöhbətimiz A. Əlizadənin sözügedən mövqeyini İkinci Dünya Savaşında bəzilərinin Hitleri dəstəkləmələrilə eyniləşdirdi:
Bu gün Ukraynanın azadlıq savaşında Araz Əlizadə kimilərinin Rusiyanı müdafiə etməsi, vaxtilə Hitleri müdafiə etməkdən heç nə ilə fərqlənmir. Ona görə də belələrinin Rusiyanı dəstəkləmələrindən narahat olmağına dəyməz. Çünki Azərbaycan dövləti və xalqı bütövlükdə Ukraynanı dəstəkləyir.
Bir Araz Əlizadənin Rusiyanı haqlı sayması ilə heç nə dəyişmir. Amma onu bilməliyik ki, Rusiyanın Ukraynaya təcavüzü tək onlar üçün deyil, bütün dünya, o cümlədən Azərbaycan üçün də təhdiddir.
Azərbaycanın Qarabağda Fərrux kəndini azad etməsi fonunda rus televiziyasında çıxış edən Dumanın deputatları ölkəmiz barədə alçaldıcı sözlər işlədərək, hücum edib Bakının neft sənayesini dağıtmağı təklif edir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2022, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər