reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Gündə 2-3 manatlıq yemək yeməyən biri 10-15 manat fitrəni necə versin?" - İlahiyyatçıdan ETİRAZ

reklam

"Gündə 2-3 manatlıq yemək yeməyən biri 10-15 manat fitrəni necə versin?" - İlahiyyatçıdan ETİRAZ


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini açıqlayıb.

Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd edək ki, bu il fitrə zəkatının 10-15 manat məbləğində müəyyən olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. Xüsusilə də aztəminatlı və sosial vəziyyəti aşağı olan ailələrin adambaşına bu məbləği ödəməsi olduqca çətindir.

Ümumiyyətlə, fitrə zəkatının bu qədər yüksək olması nə dərəcə düzgündür? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən ilahiyyatçı Tural İrfan deyib ki, Ramazan ayı başlamadan bu fətvanın verilməsi doğru deyil:

“İslam dininə görə bir şeyi əvvəlcədən qərarlaşdırmaq və onun haqqında hökm vermək qadağandır. Yəni bir ay ərzində hansı iqtisadi, sosial və siyasi proseslərin gedəcəyini bilmədən nə qədər məbləğin veriləcəyini əvvəlcədən proqnozlaşdırıb insanları boynuna bir öhdəlik qoymaq özü bir günahdır. Ona görə də cəmiyyət tərəfindən haqlı olaraq etirazla qarşılanıb. Çünki son vaxtlar bir neçə dəfə bahalaşma oldu və çörəyin qiyməti də qalxdı. Qafqaz Müsəlmanlar İdarəsi haradan bilir ki, Ramazan ayının axırına qədər çörək 5 manat və ya 3 qəpik olmayacaq? Bu baxımdan əvvəlcədən bunu proqnozlaşdırmaq və hətta rəqəmlə göstərmək yanlışdır. Həmçinin, İslam dinində ibadət pulla ölçülmür. Dinimizə görə, ixtiyarı olan insanlar oruc tutmalıdır. Oruc tutan insanlar isə günorta yeməyini yemirlər. Fitrə insanların günorta yemədiklərinin əvəzini və ya həmin məhsulu digər imkansız insanlara ikram etmələri üçündür. Yoxsa bunu rəqəmə çevirmək və insanlara hökm qoymaq düzgün deyil. 5-6 nəfərlik bir ailənin adambaşı 15 manatdan fitrə ödəməsi 100 manatdan artıq rəqəm edir. Hətta hədislərdə var ki, imkanı olmayan insanlar sadəcə Allahdan bağışlanmaq diləyə bilərlər. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə maddi və sosial vəziyyəti kifayət qədər ağır olan insanlar var. Hansı ki, o insanlar özlərini fitrə ödəməyə borclu hesab edir, amma bu fətvadan sonra narahatlıq keçirirlər. Orucluq başlamadan insanların qanlarını qaraldırlar”.

İlahiyyatçı deyib ki, İslam dininə görə Qurani-Kərimdə buyrulan hökmləri yenidən fətva ilə dəyişmək haramdır:

“Ona görə də həmin fətvanı doğru hesab etmirəm. Sanki Qazılar Şurası yığılıb Allahın hökmünü pulla dəyişərək, fətva verir. Bunun özü də bir başqa qəbahətdir. Hətta belə fətvaların verilməsi dinimizə ziddir. Eyni zamanda, hüquqi cəhətdən ölkənin qanunlarına da ziddir. Yəni ki, inanclı insanları təhrik edərək, onların boynuna öhdəlik qoyulur. Ümumiyyətlə, gündə heç 2-3 manatlıq yemək yeməyən biri necə 10-15 manat fitrə verə bilər? Bəzi insanlar gün ərzində 70-100 manatlıq qidalanırlar deyə, təxmini hesablayırlar ki, “qara camaat” da belə qidalanır. Ona görə də deyilir ki, toxun acdan nə xəbəri var? İstər-istəməz hansı istiqamətə yönəltsək də, orada məbləğ göstərmək ibadətin pulla alınıb-satılması deməkdir. Bu isə əlbəttə ki, haramdır. Quranda buyrulub ki, Allah insanları gücü çatandan artıq yükləməz. Yəni kimin nəyə gücü çatırsa, o qədər fitrə verməlidir. İslam dini deyir ki, kimin nəyə gücü çatır o qədər fitrə versin, imkanı olmayan isə Allahdan bağışlanmaq diləsin”.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 14:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər