reklam
Regionxeberlericom.az » Cəmiyyət » KABEL TELEVIZİYALARI NİYƏ ƏHALİNİ RUS KANALLARINA BAĞMAĞA TƏŞVİQ EDİRLƏR? - Azərbaycanın strateji maraqları təhlükə altında...

reklam

KABEL TELEVIZİYALARI NİYƏ ƏHALİNİ RUS KANALLARINA BAĞMAĞA TƏŞVİQ EDİRLƏR? - Azərbaycanın strateji maraqları təhlükə altında...















İmperiya hikkəli Rusiya mediasının Azərbaycanda geniş miqyasda yayımının qarşısı niyə alınmır?

Azərbaycanda peyk, İP tv və kabel televiziyaları tərəfindən müəyyən ödəniş qarşılığında xarici kanalların yayımı təşkil olunur. Bu xidmətləri bir-birindən fərqləndirən ən başlıca xüsusiyyət isə peyk və İP tv-dən fərqli olaraq kabel televiziyasında abonentlərə kanal seçimi etmək imkanının verilməməsidir. Bu xidmətdən istifadə edən vətəndaşlar yalnız şirkətlərin onlara təklif etdikləri paketlər üzrə kanalları izləyə bilərlər.

Qeyd edək ki, kabel televiziyalarında yayımlanan kanalların siyahısı əvvəlcə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən təsdiqlənir. Daha sonra hazırlanan siyahı kabel televiziyalarına təqdim olunur və operatorlar bu siyahı əsasında seçim edərək, kanal paketlərini tərtib edirlər.

Hazırda Azərbaycanda xarici kanalların yayımını təşkil edən 17 belə operator fəaliyyət göstərir. Bu şirkətlər əvvəlki illərlə müqayisədə daha müasir avadanlıqlarla təchiz olunsalar da, ölkələr üzrə kanal bölgüsündə heç bir dəyişiklik etməyiblər. Və görünən odur ki, yenə də kabel televiziyaları nədənsə abonentlərini daha çox rus telekanallarını izləməyə təşviq edir. Hansı ki, bu kanallarda vaxtaşırı Azərbaycan əleyhinə təbliğat aparılır, millətimizə və dövlətimizə qarşı hədyanlar səsləndirilir. Rus kanallarının rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu açıq şəkildə erməniləri dəstəkləməklə yanaşı, Azərbaycana qarşı kin, nifrət qusurlar.

Ancaq buna baxmayaraq xarici kanalların yayımını təşkil edən şirkətlər israrla imperiya hikkəli Rusiya mediasının Azərbaycanda geniş miqyasda yayımını davam etdirirlər.

Qeyd edək ki, bazarın əsas aparıcı şirkətlərinin ölkələr üzrə kanal bölgüsünə nəzər saldıqda aydın olur ki, rus kanallarının sayı digər xarici kanallarla müqayisədə 2-3 dəfə çoxdur.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 14:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər