reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya: “Əlimizdə Baydenin oğlunun yazışmaları var” - FOTO

reklam

Rusiya: “Əlimizdə Baydenin oğlunun yazışmaları var” - FOTO

















Rusiya Müdafiə Nazirliyində Baydenin oğlu Hanter Baydenin Ukraynadakı bio laboratoriyaların maliyyələşdirilməsi ilə bağlı yazışmaları var.

Bu sözləri Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirilov bildirib.

“Bu, Ukraynada ABŞ-ın hazırkı prezidentinin oğlu Hanter Baydenlə ABŞ Müdafiə Departamentinin Təhdidlərin Azaldılması İdarəsinin əməkdaşları ilə Pentaqonun podratçıları arasında keçən yazışmalardır. Həmin materialların mövcudluğu Qərb mediası tərəfindən təsdiqlənir. Məktubların məzmunu Hanter Baydenin Ukraynada patogenlərlə işləmək üçün maliyyə imkanının ayrılmasında, vəsaitin təmin edilməsində mühüm rol oynadığını göstərir. Məktubların birində “Ukraynanın Rusiyadan ayrı, mədəni və iqtisadi müstəqilliyinin təmin edilməsi” ifadəsi keçir.  Bu, biotexnologiya şirkəti üçün olduqca qəribədir", - deyə o vurğulayıb.

Kirilovun sözlərinə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ərazisində bioloji silah komponentləri hazırlayan şəxslərin siyahısını dərc edib. Rusiya silahlı qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı zamanı qarayara, vəba və Afrika donuz taunu kimi viruslarla işləyən beş Kiyev bioloji laboratoriyasının fəaliyyəti aşkarlanıb:

“Araşdırma zamanı Krım-Konqo qızdırması virusu, hantaviruslar və leptospirozun törədicisi ilə işlər görüldüyü məlum olub. Onu da qeyd edim ki, bu kimi virusların ölkələrə yayılması üçün ABŞ-da pilotsuz uçuş aparatı da patentləşdirilib. PUA ilə düşmən qoşunları ABŞ hərbi personalı üçün risk olmadan məhv edilə və ya sıradan çıxarıla bilər. Digər araşdırmalar isə kimyəvi və bioloji preparatların çatdırılması üçün müxtəlif növ sursatların olduğunu göstərir. Bu, Vaşinqtonun təmassız müharibə konsepsiyasını həyata keçirmə planlarıdır”.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 23:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər