Hacı Şahinin cümə xütbəsində nə baş verib? - VİDEO
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənlinin cümə xütbəsi zamanı xoşagəlməz hadisə yaşanıb.
RegionXəbərləri.com xəbər verir ki, məsələ ilə bağlı Hacı Şahinin "qafqazinfo"ya danışıb. O, qeyd edib ki, xütbə zamanı bir nəfər ayağa qalxaraq anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan sözlər deməyə başlayıb: “Həmin şəxs məscidin xidmətçiləri və mühafizəçiləri tərəfindən kənarlaşdırıldı. Sonra onunla məscidin yaxınlığında olan, təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşları danışdılar. Daha sonra həmin şəxsin ruhi xəstə olduğu və bundan əvvəl də bir neçə məscidə gedərək özünün Mehdi olduğunu və ona vəhy gəldiyini bildirib”.
Xatırladaq ki, bundan əvvəl xütbənin canlı yayımı zamanı təxribat baş verdiyi haqda məlumat yayılmışdı. Hacı Şahin xütbə zamanı məsələyə belə münasibət bildirmişdi: “Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Lakin xütbə zamanı nəyəsə bu şəkildə fikir bildirmək yanlışdır”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs ərazi üzrə müvafiq polis bölməsinə dəvət edilib, hazırda araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2022, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər