reklam
Regionxeberlericom.az » Cəmiyyət » “MSDİS HOLDİNG” MMC-də nələr baş verir - GİLEY

reklam

“MSDİS HOLDİNG” MMC-də nələr baş verir - GİLEY





















“MSDİS HOLDİNG” MMC-nin tender yolu ilə Gədəbəydə gerçəkləşdirdiyi abadlıq-quruculuq işləri çərçivəsində qeyri-rəsmi subpodrat razılaşma ilə Bakıdan rayona göndərdiyi briqadirin 27 min manat zəhməthaqqını verməkdən boyun qaçırır. Dia.az xəbər verir ki, bu barədə Demokratik.TV-yə şikayətçi Şahbazov Zahid Vaqif oğlu özü məlumat verib.

Şikayətçinin sözlərinə görə, o, ötən ilin dekabrın 9-dan sözügedən şirkətin rəhbərliyi tərəfindən Gədəbəydə görülən abadlıq işlərinə cəlb edilib. Özü briqadir olmaqla da 40 nəfər usta və fəhlə ilə rayonda bir neçə parkın inşasında, inzibati binaların təmirində, yolkənarı hasarlamalarda və restovrasiyalarda uğurla iştirak edib. Razılaşdırıldığı kimi, çalışdığı 2 ay müddətində bütün işləri yekunlaşdıraraq təhvil verib. Lakin, şirkət ona müxtəlif vaxtlarda nəğd və köçürmə yolu ilə zəhmətpulu ödəmiş olsa da, sonda 27 min manat qalıq borc pulu işçilərə ödəməyib.

Zahid Şahbazov deyir ki, şirkət bir müddət əvvəl işdən azad etdiyi Hacı Aydın adlı şəxsi bəhanə edərək ödəmədən yayınmağa çalışır. Hansı ki, həmin qalıq pulu ödəməli olan tərəf şirkətin özüdür və kiminsə işdən çıxarılması Gədəbəydə zəhmət çəkmiş briqadanın əməkhaqqının verilməməsinə bəraət qazandıracaq hal deyil. Şikayətçi birmənalı olaraq şirkətdən, şirkətin rəhbəri Mirfəyyaz Nağıyevdən borcunu tələb etdiyini deyir.

Sözügedən şirkətlə telefon əlaqəsi yaradıb məsələyə qarşı tərəfin dilindən də aydınlıq gətirməyə çalışdıq. Lakin, MirfəyyazNağıyevə aid olduğu bildirilən telefon nömrəsinə ya zəng çatmadı, gah da zənglərimiz rədd edildi.

Onu da xatırladaq ki, adı tez-tez qalmaqallarda çəkilən “MSDIS Holding” MMC 10 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 572 500 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyaz Oktay oğludur. Şirkət son illərdə bir neçə rayonlar üzrə keçirilən çoxsaylı tenderlərin qalibi olub və öz fəaliyyətilə medianın diqqətini çəkib.





Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər