reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhsil Nazirliyinin rəsmiləri “Modenco” MMC vasitəsi ilə nə qədər dövlət vəsaiti talayıb? - İLGİNC FAKTLAR

reklam

Təhsil Nazirliyinin rəsmiləri “Modenco” MMC vasitəsi ilə nə qədər dövlət vəsaiti talayıb? - İLGİNC FAKTLAR
















Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satınalmaları üzrə keçirilən tenderin qeyri şəffaf şəkildə təşkil edilməsi, sağlam rəqabət mühitinin yaradılmaması və bunun nəticəsində külli miqdarda dövlət vəsaitinin israf olunması ilə bağlı dərc etdiyimiz məqalə ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. Odur ki, mövzuya daha ətraflı bir daha qayıtmalı olduq.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında 26 may 2021-ci il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmışdı.

Ölkə başçısının məlum sərəncamında respublikanın ayrı ayrı rayonlarında 31 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuşdu. Ölkə prezidentinin Sərəncamına əlavə olunmuş siyahını diqqətinizə çatdırırıq.

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 26 may tarixli Sərəncamına

Əlavə

   




















































Sərəncamın icrasını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi dövlət satınalmalarının vahid internet portalı vasitəsi (Hansı mətbuat orqanında dərc olunduğu isə bəlli deyil) ilə 08.07.2021-ci il tarixdə Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satınalmalarını təkliflər sorğusu üsulu ilə elan edir. Tender Komissiyası Təkliflər sorğusunda iştirak etmək üçün sənədlərin 08.07.2021 11:11 – 23.07.2021 18:00 tarixinədək qəbul olunduğunu elanda göstərir. Lakin elə həmin gün də satınalmalarının vahid internet portalında satınalmanın ləğv olunması barədə bildiriş verilir. Səbəb? Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin gətirdiyi səbəbə diqqət yetirin.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 6 iyul 2021-ci il tarixində Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satınalınması ilə bağlı verilmiş təkliflər sorğusu elanı ““Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 22 iyun 2021-ci il tarixli dəyişikliyə əsasən müsabiqənin həyata keçirilməsi barədə elan təkliflərin açılacağı gündən azı 10 bank günü müddəti müəyyən olunması şərtlərinə uyğun gəlmədiyindən ləğv edilir. Tender komissiyası

Çox primitiv bir səbəb gətirilir. Sözügedən idarənin satınalmalar üzrə mütəxəsisləri qanunda olan bu dəyişikliyi əvvəlcədən məgər bilməyiblər? Yaxud da, İdarənin Tender Komissiyası satıalmaların təşkili zamanı elandan sonra zərflərin neçə bank gününə açılması və qalib müəyyən edildikdən sonra sonra neçə bank günü ərzində bağlanmış müqavilə barədə məlumat mətbuatda dərc edilməlidir. Bunları bilmirlər?

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyası 25.08.2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında bildiriş verərərək qalibin müəyyən olunduğunu açıqlayır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satın alınması” üzrə 27 iyul 2021-ci il tarixində keçirilmiş təkliflər sorğusu prosedurunda “Modenco” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib müəyyən edilmişdir. TENDER KOMİSSİYASI

Burada suallar yaranır. 27 iyul 2021-ci il tarixində keçirilmiş təkliflər sorğusu prosedurunun nəticəsi nə üçün bir ay sonra, 25.08.2021-ci il tarixdə sadəcə bildiriş verməklə açıqlanıır? Bildirişdə bağlanmış müqavilə üzrə ayrılmış vəsatin miqdarı nə üçün açıqlanmayıb? Ölkə başçısının sərəncamından da göründüyü kimi hər modul tipli məktəbin quraşdırılmasına 350 ooo manat vəsait ayrılıb. Lakin Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi bu vəsait hesabına görüləcək işlərin tam siyahısını şərtlər toplusunda göstərməməklə bərabər, qalib şirkətə ayrılmış vəsaitin məbləği barədə də heç yerdə açıqlama verməyib.

Bütün bunlar Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin satınalmanın təşkilində yol verdiyi səhvlərin bir qismidir ki, müəyyən şübhələrə yol açır və prosedurun heç də şəffaf şəkildə təşkil edilməməsindən, sağlam rəqabət mühitinin yaradılmamasından xəbər verir. Keçək təkliflər sorğusunun qalibi olmuş “MODENCO” MMC-yə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MODENCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 23.09.2016-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NƏRİMANOV RAYONU, QARABAĞ, ev 8, m. 264, qanuni təmsilçisinin isə Həsənov Bəhruz İldırım oğlu olduğu göstərilir.

Şirkətin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC-nin maddi texniki bazası və ixtisas göstəriciləri, o cümlədən müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə heç yerdə məlumata rast gəlinmir. Qanunun tələb etdiyi bütün bu kimi göstəriciləri olmayan bir MMC-nin respublikanın qərbindən şərqinə, şimalından cənubuna bu işləri necə təşkil edəcəyini görəsən Əsaslı Tikinti və Təchizat İdarəsinin rəsmilərini heç düşündürübmü?

“Modenco” MMC- nin fəaliyyəti ilə elektron kütləvi informasiya vasitələrində yalnız bir məlumat var. Mətbuatın yazdığına görə Lerikin Loda kənd məktəbinin tikintisi üçün mal və material daşımış sürücülər, o cümlədən inşa işlərində iştirak etmiş insanlar bir ildən çoxdur əmək haqlarını ala bilmirlər. Onların arasında şəhid Gündüz Əliyevin atası Etibar Əliyev, qazi Şamil Sürət oğlu, sürücülərdən Sahil Hüseynov, Kamil Şahmuradov və digərləri var. Onlar nədən şikayətçi olublar və kimdən kömək istəyiblər?

Onların sözlərinə görə, aldadılıblar, indiyə qədər bir qəpik belə ödənilməyib. Şikayətçilər deyirlər ki, indiki adı “Modenco” MMC olan şirkət onların haqlarını mənimsəyib. Şirkət daha əvvəl “Providence Doytch Limited” MMC adı altında fəaliyyət göstərib. Onlar məsələ barədə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundova müraciət ediblər. Ancaq onlara heç yerdən dəstək gəlməyib, heç bir köməklik olmayıb.

Şikayətçilərin müraciətinə cavab olaraq “Modenco” MMC-nin direktoru Bəhruz Həsənov Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundova yazdığı məktubda qeyd edir ki, “Məlumat üçün bildiririk ki, indiki “Modenco” MMC, keçmişdə “Providence Doytch Limited” MMC-nin ” Vüqar 1970″ MMC-yə heç bir borcu yoxdur.”

“Vüqar 1970” MMC-nin qanuni təmsilçisi Zeynalov Vüqar İsmail oğlunun adına belə daha bir MMC var. Biri hüquqi ünvanı BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, SABUNÇU ŞTQ, 26 BAKI KOMİSSARI, ev 0, m. 28 göstərilən “VUQAR-1970” MMC, digəri isə hüquqi ünvanı AĞDAM RAYONU, ABDAL, , ev 0, m. 0 göstərilən “VÜQAR 1970″ MMC-dir.












Bu nə deməkdir? Bu o deməkdir ki,“Modenco” MMC tenderi udub, lakin yüklərin daşınmasını ” Vüqar 1970″ MMC həyata keçirib. Bu həm də o deməkdir ki, “Modenco” MMC-nin texniki bazası və işçi qüvvəsi yoxdur. “Modenco” MMC dövlət sifarişi üzrə yüklərin daşınmasını başqa texniki imkanları olan şirkətlər vasitəsi ilə həyata keçirib,yəni artıq xərc çəkilməsinə yol verib. Bu həm də külli miqdarda dövlət vəsaitini israf etmək deməkdir.

Qeyd edək ki, Bəs Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilmiş satınalmalarda bu kimi qanun pozuntuları kifayət qədərdir. İdarə tərəfindən yalnız 2021-ci il ərzində müxtəllif mal-materialların alınması və xidmətlərin göstərilməsi üzrə elan olunmuş 19 təkliflər sorğusu və 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 9 Açıq tenderlərin bir çoxunun nəticələri qanunun tələb etdiyi kim, ictimaiyyətə açıqlanmadan, gizlin şəkildə, Təhsil Nazirliyinin və Əsaslı Tikinti və Təchizat İdarəsi rəsmilərinə sərf edən şəkildə həyata keçirilmişdir.

Bütün bunların başında isə Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov dayanır. Anar Axundov bu İdarəyə hələ Ceyhun Bayramovun vaxtından rəhbərlik edir. Onun sabiq təhsil nazirinin xalası oğlu ilə yaxın münasibətdə olmaları barədə mətbuatda məlumatlar yayılıb. Görsənən odur ki, Ceyhun Bayramovun vaxtı ilə korrupsiyaya bulaşmış adamları indi də çirkin əməllərini davam etdirirlər. Amma ötən yazıda qeyd etmişdik, bir daha da xatırlatmaq istrərdik ki, burada gənc, perspektivli, islatçı nazir Emin Əmrullayevin adı da hallanmaqdadır.

Aktualinfo.org





Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər