reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ən güclü külək bu ərazilərdə əsib - FAKTİKİ HAVA

reklam

Ən güclü külək bu ərazilərdə əsib - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.  

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

“Havanın temperaturu aprelin 3-də iqlim normasından 13.7 dərəcə yuxarı olub, maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə  isti olub. 

Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə  30.1 dərəcə isti qeydə alınıb, lakin  bu rekord göstərici deyil, çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31.5 dərəcəyədək yüksəlib”.

G.Məmmədovanın sözlərinə görə, aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksiml sürətinin  bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı,  5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir




Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 12:36
Sikayət   


loading...
Загрузка...