reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Niyə ailəmizin yanında başı aşağı durmalıyıq?" - Qazilər etiraz edib

reklam

"Niyə ailəmizin yanında başı aşağı durmalıyıq?" - Qazilər etiraz edib

















Bir qrup Vətən müharibəsi qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının əsas tələbi onlara əlillik dərəcələrinin təyin olunmasıdır.

Aksiya iştirakçıların biri deyib ki, əlilllik dərəcəsi üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq imtina cavabı gəlir:

“Qaziləri incidirlər, əlillik təsdiq olunmur. Nəyə görə imtinalar gəlməlidir? Qazilər gedib canın qoyubsa, öz vətəninə, xalqına, millətinə qeyrət, namus borcunu yerinə yetiribsə, şikəst olub öz ailəsinə baxa bilmirsə, nəyə görə əlillik verilmir? Tələbimiz ondan ibarətdir ki, nazir və ya nazir müavini bizimlə görüşsün. Bizləri canımızdan bezdiriblər, dəfələrlə canımıza qəsd etməyə çalışmışıq. Nəyə görə biz ailəmizin yanında başı aşağı durmalıyıq?”

Daha sonra Nazirliyin Qəbul şöbəsinin nümayəndəsi qazilərin problemlərini dinləyib. Nümayəndə problemlərin araşdırılması üçün onları Qəbul şöbəsinə dəvət edib.




Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 14:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər