Hökumət vətəndaşın qazdığı quyudan da pul qazanacaq - “On minlərlə insan NARAZI QALACAQ”
Baş nazir Əli Əsədov “Azərbaycanda sudan ödənişli istifadə Qaydaları” ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Tarif (qiymət) Şurası bu Qərarla ilə təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını iki ay müddətində müəyyən etməlidir. Bu Qərarla təsdiq edilən Qaydalar nəzərdə tutulan sudan istifadə haqqı (tariflər) təsdiq edildikdən sonra qüvvəyə minir.
Qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək. Bu qərar ümumilikdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində islahatların tərkib hissəsi hesab edilsə də, ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Sudan istifadəylə bagli yeni qərar məhsuldarlığa necə təsir edəcək? Bu gün kənd təsərrüfatı ilə bağlı bir sıra problemlər mövcud olduğu halda kəndli sudan ödənişlə istifadə zamanı əkinçilikdə maraqlı olacaqmı? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildridi ki, əslində bu qərarın niyə verilməsi ciddi suallar doğurur:
“Bunun iqtisadi, sosial məntiqi də yoxdur. Çünki ölkədə bu tipli sudan istifadədə yığılan məbləğ gülməli bir rəqəmdir. Söhbət maksimum bir neçə yüz min manatdan gedə bilər. Bunün üçün də dövlətin belə bir addım atması, hökumətin belə bir qərar verməsi məntiqsizlikdir. Burada əsasən mübahisə yaradan quyu suyundan istifadədir. Bakının ətraf kəndlərində və ölkənin bəzi bölgələrində quyu suyundan istifadə olunur. Həmin quyuları insanlar özləri qazır. Yəni bunu dövlət qazmayıb. Sakinlərin öz vəsaitləri hesabına qazdığı quyudan əldə etdikləri suya dövlətin müəyyən ödəniş tələb etməsi məntiqsizlikdir. Əgər ödəniş tələb etmək istəyirsə, bu quyunun qazılmasını da hökumət öz üzərinə götürməlidir. Gəlib quyunu qazmalı, təhvil verməli, sayğac qoymalıdır. Əgər bunu etmirsə, insanlar öz vəsaiti hesabına quyu suyundan istifadə edirsə, buna hanısısa bir ödəniş tələb etmək doğru deyil”.
Ekspert deyir ki, suvarma ilə bağlı qiymətlər o qədər də baha deyil:
“Söhbət indiki kanallar vasitəsilə suvarmada 10 kubmetrin 50 qəpiklik qiymətindən gedir. Ancaq elə bitki növü var ki, suvarma ucuz olsa da, nəticədə əkin-biçin mövsümündə böyük məbləğlərə gətirib çıxarması mümkündür. Fermerləri ən çox narahat edən məsələlərdən biri hesablama qaydasıdır. Bir çox yerlərdə suvarma üçün istifadə olunan suyun həcmini hesablamaq mümkün deyil. Çünki o sayğacdan keçmir, heç bir ölçü vahidi yoxdur. Bəzi hallarda yerli fermerlərlə müvafiq qurumun nümayəndələri arasında ciddi mübahisələr yaranır. Gözəyarı qiymət çıxarılıb insanlardan ödəniş tələb etmək doğru deyil. İndi isə yeni qərara görə, çaylardan, göllərdən və başqa su mənbələrindən suvarma üçün istifadə edilərkən müəyyən ödənişlər də nəzərdə tutulur. Ancaq onun mexanizmi yazılmayıb ki, hansı formada olacaq. Balıq tutulması, mal-qara üçün pulsuz olacağı söylənilir. Hətta yeni qaydalara kimlər tərəfindən nəzarət olunacağı, necə hesablacağı kimi suallar çoxdur və hökumətin bu addımı atmasının məntiqi izahını tapa bilmirəm. Bu, dövlət büdcəsinə xeyri olmayan bir adddımdır, ancaq narazılıq on minlərlə insanı əhatə edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2022, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər