reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sizin dronlar bizim əsgərləri öldürür” - Rusiyanın Türkiyədəki səfiri

reklam

“Sizin dronlar bizim əsgərləri öldürür” - Rusiyanın Türkiyədəki səfiri















Ukraynaya pilotsuz uçan «Bayraktar TB2» aparatların (PUA) tədarükü Rusiya cəmiyyətində ağrılı qarşılanır.

Bu barədə aprelin 4-də Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov «Aydınlık» qəzetinə müsahibəsində bəyan edib.

«Bir məsələyə toxunmaya bilmirəm ki, məndən tez-tez soruşurlar: Ukraynaya türk “Bayraktar”larının tədarükünə necə yanaşırıq? Lap doğru deyəcəm: siz, hətta təsəvvür edə bilməzsiniz ki, bu tədarüklər Rusiya cəmiyyətində nə qədər ağrılı qarşılanır. «Biznes biznesdir» tipli izahı başa düşmürlər, belə ki, sizin dronlar bizim əsgərləri öldürür, bunun üçün də onları alırlar. Yeri gəlmişkən, mən xatırlamıram ki, Türkiyənin müttəfiqi roluna iddia edən bir ölkə böyük partiya silahı «mehmetçiyin» döyüşdüyü ölkəyə versin və bu, Ankaraya heç xoş gəlsin. Nə üçün bizim xoşumuza gəlməlidir?» - diplomat ritorik sual verir.

Aydındır ki, Türkiyənin belə müttəfiqi adı altında Birləşmiş Ştatlar başa düşülür - o, son illər Suriyanın şimalında kürdləri aktiv şəkildə silahlandırır ki, bu, Ankaranın kəskin qıcıqlanmasına səbəb olur.

«Yeri gəlmişkən, əlüstü xoş məramlı olmayan şərhlərin qarşısını almaq və əqrəbi Rusiyanın üzərinə yönəltmək istəyirəm. Biz, Türkiyə ordusunun mübarizə apardığı bu insanlara silah vermirik və Türkiyədə bunu yaxşı bilirlər. Moskvada onların firması yoxdur - bu barədə xatırlatmağı başqa həmsöhbətlər sevirlər…» - Yerxov əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 17:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər