Əsgərin döyülməsi ilə bağlı fakt araşdırılır
Daxili Qoşunların N saylı hərbi hissəsində hərbçinin döyülməsini əks etdirən görüntülər araşdırılır.
Respublika Hərbi Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada videogörüntülərin ötən il qeydə alındığı bildirilmişdi: "Fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-04-2022, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər