Hakim zalda elan etdiyi qətnaməni 15 dəqiqə sonra dəyişib?
Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubovla bağlı Məhkəmə-Hüquq Şurasına şikayət daxil olub.
Hakimin məhkəmədə qərarı elan etdikdən sonra qətnaməyə tam fərqli qərar yazdığı iddia olunur.
Məsələ “Tarqovı”da yerləşən “NEMİ” hotelin boşaldılması və təhvil verilməsi ilə bağlı iddiaçı Təyminə (Abdullayeva) Yusifovanın hotelin işçisi Tehran Rzayev və Şaiq Əhmədova qarşı iddiası üzrə aparılan proseslə bağlıdır. Məlumata görə, hakim zalda qətnaməni elan edərkən cavabdehlər T.Rzayev və Ş.Əhmədov tərəfindən hotelin boşaldılmalı olduğunu bildirib. Elandan 15 dəqiqə sonra təqdim olunmuş qətnamədən həmin şəxslərin adları çıxarılıb və sadəcə hotelin boşaldılması barədə qərar yazılıb.
Bununla bağlı, “NEMİ” hotelinin sahibi Barat Abdullayev Məhkəmə-Hüquq Şurasına şikayət edib. İddiaçı T.Yusifova isə B.Abdullayevin keçmiş arvadıdır. Hazırda mülkün bölüşdürülməsi ilə bağlı onların məhkəmə çəkişmələri davam edir.
Qeyd edək ki, hotel birgə nikah dövründə əldə edilib. Lakin T.Yusifova obyektin ona verilməsini istəyir. Barat Abdullayev isə bildirir ki, hotelin sahibi özüdür və Nəsimi rayonunda yaşadığı üçün işə də həmin rayon məhkəməsində baxılmalıdır: “Təyminə isə Yasamal Məhkəməsində iddia qaldırıb ki, hotel ona təhvil verilsin. Məhkəmə T.Rzayevlə bağlı hissədə iddianı təmin edib. Axı Tehran sadəcə icarədardır, otel isə mənimdir. Üstəlik hakim zalda qətnaməni başqa cür oxuyur, amma kağız üzərində başqa söz yazılır. Məhkəmə otelin məndən alınıb Təyminəyə verilməsi üçün gülünc qərar çıxarıb. Mən isə işə 3-cü şəxs kimi cəlb olunmuşam. Əslində mən həmin iş üzrə cavabdeh olmalıyam. Çünki iddia predmeti olan hotel binasını mən tikmişəm, faktiki olaraq mənim sahibliyim və idarəçiliyim altında fəaliyyət göstərir. Tehran Rzayev sadəcə işçi olub, məhkəmədə qətnamə çıxarılmazdan əvvəl hansı səbəbdən iş üzrə adının hallanmasını anlamayaraq öz ərizəsi ilə işdən çıxıb. Şaiq Əhmədovun isə ümumiyyətlə, hotelə və mənə aidiyyəti yoxdur.
Təyminə eyni hotelin boşaldılması ilə bağlı mənə qarşı Bakı Kommersiya Məhkəməsində də iddia qaldırıb və həmin hotelin bölgüsü ilə bağlı işin Nəsimi Rayon Məhkəməsində baxılması nəzərə alınmaqla, Bakı Kommersiya Məhkəməsindəki icraat dayandırılıb. Vəziyəti belə görən Təyminə formal cavabdehləri işə cəlb etməklə, yenidən eyni hotelin boşaldılmasına dair Yasamal Məhkəməsində iddia qaldırıb. Bununla bağlı hakim Fərid Əyyubova icraatın dayandırılması barədə vəsatət versək də, hakim buna əhəmiyyət verməyərək qətnamə qəbul etdi”.
Barat Abdullayev bildirib ki, hakim Fərid Əyyubov zalda qətnamənin nəticə hissəsini elan edərkən bildirib ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 9 ünvanında yerləşən ofis və qonaq evində cavabdehlər Əhmədov Şaiq Əlihədin oğlunun, Rzayev Tehran Əbülfət oğlunun fəaliyyətinə qadağa qoyulsun, onlar qonaq evindən çıxarılsın, bu şəxslər tərəfindən daşınmaz əmlak boşaldılaraq iddiaçıya təhvil verilsin.
Hakim isə cavabında deyib ki, “siz elə yazsanız da, mən iddianı qismən təmin etmişəm, cavabdehlər tərəfindən əmlak boşaldılsın”. Lakin məhkəmə prosesindən sonra vəkilimə təqdim edilən qətnamədən çıxarışdan görünür ki, qətnamədən “bu şəxslər tərəfindən” sözləri çıxarılıb və ümumiyyətlə, əmlakın boşaldılmalı olması qeyd olunub”.
Məsələ ilə bağlı Barat Abdullayevin vəkili Bəylər Məmişov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mülki iş üzrə məhkəmə iclasının audio-video yazısı ilə tanış olarkən hakim tərəfindən qətnamənin nəticə hissəsinin “cavabdehlər Tehran Rzayev və Şaiq Əhmədovun qonaq evindən (hoteldən) çıxarılmaları, bu şəxslər tərəfindən daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi” formasında elan edilməsi görünür: “Hətta audio-video yazıdan qətnamənin elanından sonra qarşı tərəfin sullarına cavab olaraq hakimin dəfələrlə “bu şəxslər tərəfindən hotelin boşaldılmalı” olması fikrini təsdiq etməsi aydın şəkildə eşidilir. Buna baxmayaraq, hakim qətnamədən çıxarışı elan etdiyi formada deyil, hotelin boşaldılması hissəsində “bu şəxslər tərəfindən” sözünü çıxararaq tərtib edib. Məhz bu səbəbdən də Məhkəmə Hüquq Şurasına şikayət edib məhkəmənin audio-video yazısını götürdük. Qətnamənin elanı ilə çıxarışın məzmununun müqayisə edilməsi və qanun pozuntusuna qiymət verilməsini xahiş etdik. Bu hallar hakim tərəfindən yol verilmiş kobud qanun pozuntusudur”.
Qeyd edək ki, T.Yusifova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə), 320.2-ci (saxta sənəddən istifadə etmə) və 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddələri ilə iki dəfə məhkum olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-04-2022, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər