Rusiyadakı böhran Azərbaycanın avtomobil bazarına təsir edirmi? - AÇIQLAMA + FOTO
“Rusiya avtomobil sənayesindəki böhran Azərbaycanın avtomobil bazarına təsir etmir, çünki bizim alternativlərimiz çoxdur”.
Bu barədə “Report”a nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycana müxtəlif ölkələrdən həm yeni, həm də işlənmiş avtomobillər gətirilir:
“Ona görə də Rusiya avtomobillərinin ölkəmizə gəlişinin azalması bazara təsir etməyəcək”.
E.Cəfərov bildirib ki, bazarda birinci rübdə ciddi qiymət dəyişikliyi baş verməyib:
“Bazarda aktivlik kəskin azalmayıb. Satışlarda fəallıq səviyyəsi normal olub. Yalnız fevral ayında satışlarda bir qədər durğunluq yaşanmışdı. Martda Novruz bayramına görə tətillərin olmasına baxmayaraq, insanlarda avtomobil alqı-satqısına maraq var idi. Fevrala nisbətən mart ayında satışlar 20 % artıb. Apreldə bu göstərici daha da artacaq.
Qeyd edim ki, ilkin avtomobil bazarında liderlik Cənubi Koreya, Yaponiya avtomobillərinə, təkrar bazarda isə ABŞ və Avropa avtomobillərinə məxsus olub”.
E.Cəfərov bazarda krossoverlərin daha məşhur olduğunu vurğulayıb:
“Alıcılar ilk növbədə krossoverlərlə maraqlanır. Onların mühərrik həcmi sedanlar kimi çox da böyük deyil. Amma bu avtomobillər bir qədər hündürdür və Bakı üçün əlverişli sayılır. Qarşıdakı aylarda Azərbaycana gətirilən krossover, o cümlədən mini krossoverlərin sayının artacağı gözlənilir. May ayının sonuna qədər krossoverlərin qiymətinin kəskin artması gözlənilmir. Qiymət artımı olarsa, maksimum 2-5 % civarında ola bilər. Bu da ehtiyat hissələrin bahalaşması, daşınma qiymətlərinin artması səbəbindən ola bilər. Azərbaycanın daxili bazarında avtomobillərin kəskin qiymət artımı gözlənilmir”.
E.Cəfərov ölkədə Çin avtomobillərinin satışından və onların keyfiyyətli olub-olmamasından da danışıb:
“Çin avtomobillərinə qiymətlərinin münasib olmasına görə tələbat çoxdur. Onların müəyyən komplektasiya zənginliyi olur. Çin avtomobil sənayesinin üstünlüyünə görə Cənubi Koreyadan sonra gəlir. Çin avtomobil sənayesi Rusiya avtomobil sənayesindən daha üstün sayılır. Çin həm də dünyanın bir çox tanınmış avtomobil markaları üçün ehtiyat hissələri istehsal edir. Həmçinin o markalar Çinin özündə də istehsal olunur. Digər avtomobil markaları kimi Azərbaycana gətirilən Çin avtomobillərinin də hamısı yüksək keyfiyyətli olmaya bilər. Ümumilikdə isə bu avtomobillərlə bağlı anormal bir hal yoxdur. Satışları da normaldır.
Bəzən vətəndaşlarımız Çin avtomobili almağa ehtiyat edir ki, xarab olanda onu təmir etməyə usta tapılmaz. Belə hallarla mən də rastlaşmışam ki, avtomobil alınıb, 1 ildən sonra ona servis xidmətinin göstərilməsində problemlər olub. Amma bu problem yalnız Çin avtomobillərinə deyil, digər modellərə də aiddir. Burda əsas məsələ avtomobili gətirən şirkətin etibarlı olub-olmamasıdır. Alıcılara tövsiyəmiz odur ki, avtomobil almadan öncə onun ölkəmizdə servisinin olub-olmamasını dəqiqləşdirsinlər və zəmanətsiz avtomobil almasınlar”.
E.Cəfərov Azərbaycanda Rusiya avtomobillərinin də satışından danışıb:
“Rusiya avtomobilləri bölgələrimizdə həmişə populyar olub. İri şəhərlərdə isə onlar bölgələrdə olduğu qədər çox satılmır. Bəzi bölgələrdə Avropada, Yaponiyada istehsal edilən avtomobillərin servis xidməti yoxdur. Rusiya avtomobili sadə konstruksiyalıdır və xarab olanda rahat düzəlir. Amma onların əksəriyyəti müasir təhlükəsizlik tələblərinə cavab vermir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2022, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər