reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ukraynada daha bir vilayət tamamilə azad edildi

reklam

Ukraynada daha bir vilayət tamamilə azad edildi

















Ukraynanın daha bir vilayəti ruslardan tamamilə azad edilib.

Bu barədə sözügedən vilayətin – Sumının vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

"Region ərazisi “ork”lardan azaddır,ona görə də partlayış səsləri eşidirsinizsə (son günlər belə çox olub), bunu partlayıcıları zərərsizləşdirən xilasedicilər və texniki işçilər edir. Onlar rus hərbçilərinin bizim ərazimizdə qoyub getdiyi sursatları zərərsizləşdirirlər”, - rəsmi bildirib.

Eyni zamanda o qeyd edib ki, rayon ərazisində xeyli minalanmış və tədqiq olunmamış ərazilər var:

"Yolun kənarında dayanmayın və meşə yollarından istifadə etməyin. Dağıdılmış texnikaya və ya “ork” düşərgələrinə yaxınlaşmayın! Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma təmizləmə hələ başa çatmayıb, xüsusilə minaların təmizlənməsi".

Xatırladaq ki, bundan əvvəl Ukrayna ordusu rus qoşunlarını Kiyev, Jitomir və Çerniqov vilayətlərindən tamamilə çıxarıb.




Paylaş:


Müəllif : Tarix:
8-04-2022, 08:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər