reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Türkiyə hərbi gəmilərin keçməsinə icazə verməyəcək" - Hulusi Akar

reklam

"Türkiyə hərbi gəmilərin keçməsinə icazə verməyəcək" - Hulusi Akar















“Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq”.

Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 “Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq və hərbi gəmilərin Qara dənizə daxil olmasına icazə verməyəcək”, - deyə, milli müdafiə naziri bildirib.

Qeyd edək ki, Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. O, ticarət gəmiləri üçün həm sülh dövründə, həm də müharibə dövründə bu boğazlardan keçid azadlığını qoruyur. Sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə müddətinə məhdudlaşdırır. Fövqəladə vəziyyətlərdə Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçməsini qadağan etmək və ya məhdudlaşdırmaq hüququ var .

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin Montrö Konvensiyasının müddəalarını yerinə yetirdiyini bəyan etmiş və bunun davam edəcəyini bildirmişdi.




Paylaş:


Müəllif : Tarix:
10-04-2022, 15:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər