İş yerindən oğurluq etdi, izi itirmək üçün basqın olduğunu dedi - Foto
İsmayıllıda işlədiyi restorandan oğurluq edən şəxs əməlini ört-basdır etmək üçün restorana basqın edildiyini deyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə İsmayıllı rayonu Bizlan kəndindəki restoranlardan birində qeydə alınıb.
Obyekt sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını deyib. Gözətçinin sözlərinə görə, maskalı şəxslər onu döyərək Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar.
Daha sonra obyektdə əslində quldurluq baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun planı polis tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2022, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər