reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistanda həbs edilən nazirin yerinə o gəldi

reklam

Ermənistanda həbs edilən nazirin yerinə o gəldi

















Armen Pambuxçyan Ermənistanın yeni fövqəladə hallar naziri təyin edilib.

Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan müvafiq sərəncam imzalayıb.

Qanuna uyğun olaraq, Pambuxçyanın nazir təyin edilməsi təklifini baş nazir Nikol Paşinyan verib.

Yeni nazir hakim “Mülki müqavilə” partiyasının üzvüdür, partiyanın təsisçilərindən biridir.

Pambuxçyan bundan əvvəl Fövqəladə Hallar Nazirliyindəki rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nazirliyin keçmiş rəhbəri Andranik Piloyan korrupsiya işi çərçivəsində martın 31-də həbs edildikdən sonra nazir vəzifəsi boş qalıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, Piloyan köməkçilərindən birinin vasitəsilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb.




Paylaş:


Müəllif : Tarix:
12-04-2022, 12:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər