Türkmənistanda botoksa görə cərimə və həbs cəzası veriləcək
Türkmənistanın Marı vilayətinin Bayraməli şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları bu günlərdə yerli gözəllik salonlarına gedərək qadın və qızlara bəzi kosmetik xidmətlərin göstərilməsinin qadağan edildiyini bildirirlər.
Bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb. Bildirilir ki, salon sahiblərinə qadağanın pozulması halında ağır cərimələr və 15 sutka həbslə bağlı xəbərdarlıq edilir.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq edirlər ki, botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub. Bu barədə aprelin 11-də müxbirimizlə anonim söhbətində gözəllik salonlarının ustaları bildirib”, - deyə qeyd edilir.
O da bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qadağanın tətbiqini təsdiq edən heç bir sənəd göstərmir və onun səbəblərini izah etmirlər.
Amma onlar xəbərdarlıq edirlər ki, qadağanı pozan və yuxarıda göstərilən xidmətlərdən istifadə edən qadınlar “bədənində yad əşyalardan istifadə etdikdə” saxlanılaraq 300-500 manat cərimə oluna bilərlər. Bu xidmətləri göstərən ustalar isə 500-1000 manat cərimə olunacaq və ya 15 gün müddətinə həbs ediləcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-04-2022, 20:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər