reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Açığını desəm böyük idi, uşaq meyitinə oxşamırdı"

reklam

"Açığını desəm böyük idi, uşaq meyitinə oxşamırdı"

















Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda Nərminin yanan cəsədini söndürən vaxt oradan taksi ilə keçən Qaratel Orucova dindirilib.

Şahid deyib ki, həmin vaxt taksi ilə rayondan kəndə gəlirmiş. Onun cəsədin yandığını görməsi haqqında məlumatı polisə yanğını söndürən Murad Süleymanov deyib:

“Evə çatandan sonra ərim dedi ki, kənd camaatı danışır ki, Nərminin meyitini tapıblar. Sonra taksi sürücüsünü nömrə əsasında müəyyənləşdirib gətirmişdilər. Bizi meyitin yanında üzləşdirdilər. Meyit tanınmaz vəziyyətdə idi. Açığını desəm böyük idi, uşaq meyitinə oxşamırdı. Heç bir yerindən kimliyini tanımaq mümkün deyildi”.

Şahidin sözlərinə görə, Nərmin itkin düşən vaxt anası Aynurə İsmayılova deyirmiş ki, əri Şərif Quliyev uşağı zorla evdən göndərib:

“Aynurəni həmin vaxt yolda görmüşdüm. Bu barədə də elə onda danışdıq. Deyirdi ki, atası Nərmini əmisigilə zorla göndərib, getmək istəmirdi. Aynurənin anası Minayə də kəndin içində qışqırıb deyirdi ki, uşaq ata nənəsi Leybəgilə gedib, oradan yoxa çıxıb”.

Məhkəmədə İlkin Süleymanovun bacısı İlhamə Süleymanova da ifadə verib.

Şahid bildirib ki, qardaşı şübhəli şəxs kimi saxlanılandan sonra polislər onları zorla evdən çıxarıb yoxlama aparıblar:

“Saat 9-da polislər evimizə gəldilər. Əlavə evi, hamamı, həyətdəki damı soruşdular. Qışda orda qalmasaq da dəfələrlə istifadə etmişik. Oradan meyvə-tərəvəz götürmüşəm. Dekabrda həmin evdə oğlum qalxıb qardaşımın kostyumunu geyinib. Nərmin saxlandığı deyilən otaqdan götürmüşdü. Ayın 10-da polis rəisi və komandası bizi zorla evdən çıxardı. Birdən qardaşıma zəng elədim ki, görüm nə xəbər var. Bəhruz qardaşım dedi ki, bizi şöbəyə apardılar ki, təcili prokurorluqdan general gəlib, sizi dindirməlidi. Bizi polis şöbəsinə apardılar. Başa düşdük ki, oyun qurublar. Tez evə qaçdım, evi az qala, 500 metrdən mühasirəyə almışdılar. Bizi evimizə buraxmadılar".

Təqsirləndirlilən şəxsin bacısı ifadəsində deyib ki, polislər qardaşına ailəsinin ondan imtina etdiyini deyiblər:

“İlkinə deyiblər ki, ailən səndən imtina edib. Sənə görə evdən çıxıb gediblər. İlkin deyirdi ki, istəyirdim özümüzünkülərdən kimisə görüm, başıma gələnləri qışqırım deyim. Dırnağını çəkməkdən tutumuş, toka vurmaq, ayaqlarına dubinka ilə vurmaq, başına qazan keçirib, dubinka ilə vurublar”.

Şərif Quliyevin spirtli içki aludəçisi olduğunu deyən İlhamə Süleymanovanın sözlərinə görə, o, içkiyə görə ailə üzvlərini də incidib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.




Paylaş:


Müəllif : Tarix:
13-04-2022, 23:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər