Deputatlardan kimin övladı rəsmi qurumlarda işləyir - SİYAHI
Son zamanlar ölkədə aparılan kadr islahatları, təyinatlar fonunda bir neçə deputatın oğluna da vəzifə verilib. Onlar əsasən hüquq-mühafizə orqanlarında çalışırlar. “Yeni Müsavat” olaraq bir neçə deputatın məmur oğlu ilə bağlı məlumatları təqdim edirik.
Öncə sonuncu təyinatlardan biri olan deputat Vahid Əhmədovun oğlu barəsində qeyd edək. Belə ki, ötən həftə Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edildi. Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb. Vahid Əhmədovun oğlu olan Zəfər Əhmədov uzun müddətdir ki, prokurorluq sistemində çalışırdı. Deputat oğlunun təyinatı ilə bağlı Musavat.com-a açıqlamasında aşağıdakıları söyləmişdi:
“Oğlum uzun müddətdir ki, prokurorluq sistemində işləyib. O, müstəntiqdən başlayıb, idarə rəisinin müavini pilləsinə qədər yüksəlib. Prokuror təyin olunandan sonra da, əvvəl də ona tövsiyəm olub ki, haqqın, ədalətin yanında olsun və Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında fəal işlər görsün. Həmçinin tövsiyəm olub ki, insanların şikayətlərini normal qəbul eləyib, Azərbaycan xalqına qulluq etsin. Vətəndaşların da onun hansısa qanunsuz əməllərindən şikayət etməsi mümkün deyil. Elə bir şey ola bilməz. Çünki mən elə bir tərbiyə verməmişəm və mənim keçdiyim həyat yolu onun üçün örnək olmalıdır”.
Millət vəkili Çingiz Qənizadənin oğlu Elgiz Qənizadə də prokurorluq orqanında çalışır.
Millət vəkili, akademik İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli bu ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. Təyinatdan öncə S.Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı.
İsa Həbibbəyli Musavat.com-a müsahibəsində oğlunun həmin komitədə işlədiyini, gömrük sistemində 10 ilə yaxın sədr müavini olduğunu qeyd edib:
“Etimad göstərilib, çalışacaq ki, məsuliyyətlə vəzifəsini icra etsin. Mən Bakıda yaşayıram, tamam başqa sahədə çalışıram. Mətbuat çalışır ki, belə məsələlərdə sensasiya yaratsın. Amma 20 ilə yaxındır ki, ən kiçik işdən, inspektorluqdan, şöbə müdirliyindən müavinliyə qədər bütün təkamül prosesini keçib, etimad göstərilib, o da bu etimadı doğrultmağa çalışacaq”.
Daha sonra Səhhət Həbibbəyliyə ikinci vəzifə də verilib. Belə ki, bu ilin mart ayında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni sədri seçilib. Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiya sədrliyinə Səhhət Həbibbəylini namizəd irəli sürüb. Nazirin təklifi yekdilliklə qəbul olunub və S. Həbibbəyli MR-in Atıcılıq Federasiyasının sədri seçilib.
Deputat Elman Məmmədovun oğlu polis polkovnik-leytenantı Elşad Məmmədov da son illərdə bir neçə vəzifəyə təyinat alıb. Belə ki, o, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi vəzifələrində çalışıb.
Deputat İmamverdi İsmayılovun oğlu İlkin İsmayılov da DYP sistemində çalışır.
Deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin olunub. O, əmək fəaliyyətinə 1987-1989-cu illərdə “Azərneftmaştəmir” İstehsalat Birliyinin texniki nəzarət şöbəsində inspektor kimi başlayıb. 1995-ci ildə Milli Bankın Pul-Kredit Siyasəti Departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin baş müşaviri olub. 2000-2002-ci illərdə Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb.
2002-ci ildən İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, deputatların rəsmi qurumlarda çalışan övladlarının əsasən bilikli, savadlı, neqativ əməllərdən uzaq kadrlar olduğu bildirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-07-2019, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-07-2019, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16