reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bazardan ucuz toyuq da yoxa çıxır? - Ukraynada 1, Azərbaycanda 2 dollar...

reklam

Bazardan ucuz toyuq da yoxa çıxır? - Ukraynada 1, Azərbaycanda 2 dollar...



















Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi.

Assosiasiya rəhbərliyi və üzvlərinin İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ilk görüşü baş tutub. Görüşdə APEPEA rəhbəri Mürvət Həsənli quş və yumurta istehsalçılarının əsas problemlərini KOBİA rəsmilərinin diqqətinə çatdırıb. Assosiasiya rəhbərinin sözlərinə görə, mövcud problemlərdən biri xaricdən quş əti və yumurta idxalı ilə bağlıdır:

“Keçən il Azərbaycana 31 min ton quş əti idxal olunub. Bu həcmin idxalı zamanı dövlət büdcəsinə ən yaxşı halda 11-12 milyon manat rüsum ödənilib. Amma bu qədər quş ətinin ölkədə istehsalı zamanı 22 min nəfər işlə təmin olunur, sosial ayırma, vergi və rüsum şəklində büdcəyə 18 milyon manat ödənilir. Hələ bu istehsal zamanı sərf olunan qaz, enerji, su, yemə görə ödənişlərdən büdcəyə çatan məbləğləri demirəm. Bunları nəzərə alaraq, biz ölkəyə quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik. Əksər ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə yerli istehsalçıları qorumaq üçün məhz bu üsuldan istifadə olunur”.

Qeyd edək ki, bu gün daxili bazarda yerli istehsalla yanaşı, həm də idxal olunan quş əti və yumurta satışı həyata keçirilir. Hətta idxal olunan bəzi quş əti məhsullarına yerli istehsaldan daha ucuz qiymətə rast gəlmək mümkündür. Bazarda satılan kənd toyuğu isə daha baha qiymətə olduğundan maddi vəziyyəti ilə bağlı bəzi istehlakçılar məhz idxal və ya yerli quşçuluq fabriki toyuqlarını almağa məcbur olurlar.

Ölkəyə quş əti və yumurta idxalı kvotalaşdırıldığı təqdirdə bu bazarda daha da bahalaşmaya, eləcə də bununla istehlakçı hüquqlarının pozulmasına səbəb olacaqmı?Dia.az-ın məlumatına görə, APEPEA rəhbəri Mürvət Həsənli Cebhe.info-ya bildirdi ki, kvotanın tətbiqi ölkədə toyuq ətinin bahalaşmasına, istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarmayacaq:

“Ona görə ki, ölkədə kifayət qədər toyuq əti, yumurta istehsalı var. Məsələn, gündəlik 3 milyon 600 min yumurtaya tələbat, 4-5 milyon isə istehsal var. Hazırda süfrə yumurtası ixrac edilə bilər. Hətta İsrail, Yaxın Şərq ölkələri, Qətər və Səudiyyə Ərəbistanı ilə müqavilə var. Ət bazarında da kifayət qədər rəqabət var. Rəqabət olan bazarda da ətin qiymətinin qalxmasına təsir etməyəcək. Ətin qiymətinin qalxması ancaq yem qiymətinin qalxmasına bağlıdır. Əgər yem məhsullarının qiyməti qalxmasa, ətin də qiyməti qalmayacaq”.

APEPEA rəhbəri deyir ki, Belarus, Ukrayna, Rusiyadan gələn quş ətinin ucuzluğunun bir səbəbi var:

“Məsələn, Ukraynada quş əti istehsalı 1 dollara da çatmır, bizdə isə təxminən 2 dollara çatır. Hazırda yem və yem əlavələrindən ƏDV-nin götürülməsi, gömrük rüsumunun qaldırılması bizim də qiymətlərin aşağı salınmasına xidmət edəcək. Biz bazarda rəqabət mühiti yaradacağıq. Rusiya-Ukrayna müharibəsi ət idxalının qarşısını alır. Sadəcə bizdə başqa xarici dövlətlərdən gələn ətə 1 dollar gömrük rüsumu olduğuna görə həmin xarici dövlətlər maksimum dərəcədə çalışırlar ki, bunu Gürcüstan üzərindən bizə çatdırsınlar. Beləliklə həmin gömrük rüsumundan azad olsunlar. Biz onun qarşısını almaq üçün MDB ölkələrindən gələn toyuq əti və yumurtaya kvota tətbiqini nəzərdə tuturuq. Biz özümüzü 100 faiz toyuq əti məhsulları ilə təmin edirik, hətta ixrac da edə bilərik. Eləcə də 130 faizə qədər yumurta istehsalı var. Azərbaycan 100 faiz toyuq əti və yumurtaya olan tələbatı ödəyə bilir”.




Paylaş:


Müəllif : Tarix:
14-04-2022, 12:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər