reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Kasıbların cərimələri ləğv edilsin, varlılardan isə alınsın” - Elman Nəsirovdan təklif

reklam

“Kasıbların cərimələri ləğv edilsin, varlılardan isə alınsın” - Elman Nəsirovdan təklif


Azərbaycana gələnlərdən PSR testi tələbi ləğv edilib.

Tezliklə digər karantin qaydalarının ləğvi də gözlənilir. Karonavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dövründə yazılmış inzibati cərimələrin silinməsi də təklif olunur. Bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin keçirilən iclasında çıxış edib. O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilir.

Fərdi qoruyucu vasitələrdən istifadənin, xüsusən maska tələbinin pozulması ilə bağlı fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir.

Beləliklə, cərimələrin ləğvi yenidən gündəmdədir. Maraqlıdır, yazılan cərimələrin “silinməsi” mümkündürmü? Xüsusən də maska taxmamağa görə cərimələnən şəxslərə hansı güzəştlər nəzərdə tutula bilər? Dia.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya danışan Milli Məclisin üzvü, deputat Elman Nəsirov pandemiya dövrünün öz reallıqlarının olduğunu deyib:

“Təəssüf ki, bunlar acı reallıqlardır. Bu dövrdə elə bir ölkə olmadı ki, pandemiyanın ziyanının çəkməsin. Ümumilikdə hesab edirəm ki, pandemiya ilə müharibə elə 3-cü dünya müharibəsi idi. Çünki bu müharibə milyonlarla insanın həyatına son qoyub. Postpandemiya dövünün müəyyən simptomları, əlamətləri var. Tez- tez ictimaiyyət, sosial şəbəkələr arasında insanlar cərimələrin ləğvini müzakirə edirlər. Pandemiya dövrü bitibsə, belə olan vəziyyətdə cərimələnmiş şəxslərə yazılmış cərimələrin ləğvi nə dərəcədə mümkündür, bu məsələyə baxıla bilərmi kimi suallar yaranır. Mənə elə gəlir ki, bunun prinsip etibarilə müsbət həlli mümkündür. Çünki Prezident cənab İlham Əliyev cari ilin birinci rübünün yekunları ilə bağlı çıxışında vurğuladı ki, üç ay ərzində Azərbaycanda iqtisadi inkişaf yüksək templə gedir.

Nəzərə alaq ki, ümumi daxili məhsulda 6, 8 faiz artım qeydə alınıb. Qeyri- neft sektorunda 10 faizdən artıq inkişaf tempi özünü göstərib. Bundan başqa, sənayedə 4 , qeyri- neft sənayesində 18 faiz iqtisadi artım olub. Bizim xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. Bunun 45 faizindən çoxu qeyri-neft sektorunun payına düşür.

İqtisadi inkişafimızın mühüm göstəricilərindən biri müsbət yöndə inkişafla bağlıdır. İxracat idxalı üstələyib. Bütün bu reallıqlar fonunda hesab edirəm ki, sözügedən məsələyə baxılması müəyyən istiqamətdə güzəştlər prinsip etibarilə mümkün ola bilər. Bundan çıxış edərək deyə bilərəm ki, sözügedən məsələnin araşdırılması və müsbət qərarların qəbulu üçün imkan və potensial var”.

Deputat hesab edir ki, kasıb ailələrin karantində yazılmış cərimələri ləğv edilə, imkanlı ailələrdən isə cərimələrin alınması mümkün ola bilər. Bunun üçün araşdırılmanın aparılması kifayət edir:

“Hesab edirəm ki, cərimə kəsilmiş şəxslərin sosial vəziyyəti- ailə vəziyyəti, işləyib- işləməməsi kimi amillər nəzərdən keçirilib vətəndaşın xeyrinə müvafiq addımların atılması mümkündür. Seçici yanaşma lazımdır. Məsələn, biri imkanlı adamdır, yüksək maaş alır və qanun pozuntusu ilə üz- üzə qalıb, yəni cərimələnib. Bu zaman belə şəxslərin cəriməsinin ləğvi düzgün deyil. Baxırsan ki, ailə ünvanlı sosial yardım alır, yaxud da heç nə almır, himəyəsində kiçik uşaqlar var, işləmir və s. Bu zaman fərqli yanaşılmalıdır. Düşünürəm ki, xüsusi həssas qrupdan olan insanlar var ki, onlara münasibətdə addımların atılması müsbət qarşılana bilər və həmin insanların imkanları araşıdırılıb uyğun qərarlar verilə bilər.

Yəni imkanı olmayan ailələrə güzəşt, cərimələrin ləğvi, imkanlı ailələrin isə cərimələrini ödəməsi yaxşı olar. Cərimələrin ləğvi maddi imkanı olmayan ailələr üçün dəstək olar”.




Paylaş:


Müəllif : Tarix:
14-04-2022, 15:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər