reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bibisinin prezidentə əlbəəl məktub verdiyini nəzərə alıb işi təxirə saldılar”

reklam

“Bibisinin prezidentə əlbəəl məktub verdiyini nəzərə alıb işi təxirə saldılar”


“Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilənlər – Sənan Quliyev və Mövlud Səfərovun kassasiya məhkəməsi təxirə düşüb.

Hər iki şəxsin vəkili Cavid Rzazadə açıqlamasında bildirib ki, prosesdən öncə hakimə müraciət edərək işin təxirə salınmasını istəyiblər: “Məhkumların və mənim cinayət işi ilə tanış olmağım, onların özünün də prosesdə iştirak etməsinin təmin olunması və xüsusilə‚ prezident İlham Əliyevin martın əvvəlində Şamaxı rayonuna səfəri zamanı bu işlə bağlı Sənan Quliyevin bibisi tərəfindən ölkə başçısına əlbəəl məktub verilməsini nəzərə alaraq işin təxirə salınmasını xahiş etdik. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev müraciətimizi nəzərə alıb prosesi mayın 8-dək təxirə saldı”.

S.Quliyevin qardaşı Səbuhi Quliyev bildirib ki, artıq məktubu təhvil verdikdən sonra onlara zəng edilib və məsələnin araşdırıldığı bildirilib.

Xatırladaq ki, 2015-ci il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti alaraq hadisə yerində dünyasını dəyişib. 1971-ci il təvəllüdlü Ruslan Əfəndiyev və Ceyhun Nağıyev isə sinəsindən bıçaq xəsarəti alıblar və xəstəxanaya yerləşdiriliblər. Onların həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

İttihama görə, M.Səfərovun idman zalında bilmədən tatami üzərinə ayaqqabı ilə çıxması R.Əfəndiyevlə onun arasında mübahisəyə səbəb olub. Daha sonra əlbəyaxaya çevrilən münaqişəyə Azər Məmmədov, Mövlud Quliyev və Ceyhun Nağıyev də müdaxilə edib. S.Quliyev çantasında olan bıçağı çıxaraq adı çəkilən şəxsləri vurub. Hadisə nəticəsində S.Quliyev və M.Səfərov da döyülərək xəsarətlər alıblar.

Təqsirləndirilən şəxslər məhkəmədə ifadələri zamanı özlərini təqsirli bilmədiklərini deyiblər. M.Səfərov heç kimi vurmadığını, əksini özünün davada döyüldüyünü deyib bə bildirib ki, Sənanın onları bıçaqladığı hadisədən sonra bilib.

S.Quliyev isə onu döydükləri üçün özünü müdafiə etmək də Azərlə Ruslanı qorxutmaq üçün bıçaq çıxarıb havada yellədiyini deyib, kimisə vurmaq niyyəti olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Paylaş Tweet Paylaş



Paylaş:


Müəllif : Tarix:
14-03-2019, 14:05
Sikayət   


loading...
Загрузка...