Qazaxıstandan qanunsuz yollarla 100 milyard dollar çıxarılıb - İqtisadiyyat naziri
Qazaxıstandan 100 milyard dollara yaxın vəsait qeyri-qanuni yollarla çıxarılıb.
Bu barədə respublikanın milli itisadiyyat naziri Alibek Kuantırov xəbər verib. Xəbəri aprelin 14-də KazTAQ yayıb.
«Bir neçə 10 milyard çıxarılıb. Dəqiq məbləği demək çətindir, amma bu, hardasa 100 milyard dollardır, ola bilsin ki, bir qədər artıqdır» - o, cümə axşamı brifinqdə deyib.
Onun sözlərinə görə, kapitalın xaricdən qaytarılması və gələcək axınların qarşısının alınması tədbirləri görülür.
«Bu, necə qaytarılacaq? Burada müxtəlif mexanizmlər var. Əgər yeni yanaşmalara baxsaq, başqa sözlə, stimullaşdırmanın vergi və qeyri-vergi tədbirləri. Vergi üzrə biz, hazırda aktiv işləyirik. Biz, məsələyə iki tərəfdən yanaşırıq. Bir tərədən, bu, gələcək axınların qarşısının alınması və məsələn, vergi tədbirlərindən biri - bu, o deməkdir ki, biz, dividendlər üzrə güzəştləri çıxırıq, hansı ki, investorlar ödəməyiblər, uyğun olaraq, ana şirkətə çıxa bilərik və ya orada onlara hansısa xidmət ala bilərik. Bu, tədbirlərdən biridir. Qaytarılmanın stimullaşdırılmasının başqa tədbirləri də var. Biz, preferensiya tətbiq edəcəyik» - Kuantırov izah edib.
Bundan əvvəl Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev ölkədən qeyri-qanuni çıxarılmış kapitalı qaytarmağı tapşırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-04-2022, 00:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər