reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sevgilisi Rihannaya onunla xəyanət edib - Fotolar

reklam

Sevgilisi Rihannaya onunla xəyanət edib - Fotolar
















Hamilə olan amerikalı müğənni Rihannanın reper sevgilisi A$AP Rocky-dən (əsl adı Rakim Mayers) ayrıldığı iddia olunur.

Bu barədə dəb inflüyenseri Luis Pizano tviterdə yazıb.

Yayılan məlumata görə, reper Rihannaya dizayner Əminə Muaddi ilə xəyanət edib.

Rihanna adıçəkilən dizaynerin brendinin fanatıdır və tez-tez onun hazırladığı ayaqqabıları geyinir.

Cütlük şayiələri şərh etməyib.

Daha əvvəl reperin digər xəyanəti barədə şayiələr dolaşmağa başlamışdı. Rihanna rəfiqəsi Megan Thee Stallion-u (əsl adı Meqan Covon Rut Pit) instaqramdan izləmədən çıxarmış, özünün “Savage & Fenty” brendinin səhifəsindən Meqanın şəkillərini silmişdi. KİV-in ehtimalına görə, Rihanna A$AP Rocky-nin onunla eşq yaşamasından şübhələnib.  

Qeyd edək ki, Rihannanın hamilə olması bu ilin yanvarında məlum olub. Müğənni artıq bu halı ilə bir neçə dəfə fotosessiya etdirib.

 





Paylaş:


Müəllif : Tarix:
15-04-2022, 11:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər