reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məhkəmə Əli Əliyevlə bağlı qərar verib

reklam

Məhkəmə Əli Əliyevlə bağlı qərar verib

















Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Əli Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
15-04-2022, 14:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər